Bakının bir sıra topdansatış məntəqələrində siqaretlər satışdan yığışdırılır.
Bu barədə FED.az-a mağaza sahibləri məlumat verib. Onların sözlərinə görə, ilin sonuna bir gün qalmış populyar siqerat markaları olan «Kent», «Vinston» və «Sobraniye» kimi siqaretləri topdansatış məntəqələrində almaq mümkün olmayıb. Səbəbi dəqiq açıqlanmasa da, mağaza sahiblərinin sözlərinə görə, buna səbəb gələn ildən siqaretə görə aksiz dərəcəsinin artmasıdır.
Eləcə də bax: İçkilər və siqaretlərə verginin artırılması - TƏSDİQ EDİLDİ
Qeyd edək ki, bu günədək topdansatış məntəqələrində «Kent»in qutusu 2,7 manata, «Vinston»un qutusu 2,6 manata, «Sobraniye»nin qutusu 3 manatdan satılırdı. Mağazalar isə bunun üzərinə 10%-ə qədər marja əlavə edirdilər.
Xatırladaq ki, Vergi Məcəlləsinə dəyişikliklər çərçivəsində 2020-ci il yanvarın 1-dən etibarən siqaretlər üçün aksiz vergisinin artırılması nəzərdə tutulur.