Biznes

Azersun Holding işçi axtarır - VAKANSİYA

Azersun Holding işçi axtarır - VAKANSİYA | FED.az
18:26 2 May 2018

FED.az xəbər verir ki, Azersun Holding Kənd Təsərrüfatı Texnikalarının Təmir Sexinin Rəisi vəzifəsi üzrə vakansiya elan edib.

İş haqqında məlumat:

• Ali Texniki təhsil, 
• Texniki sahədə 3-5 il iş təcrübəsi, 
• Texniki sahəni və Kənd Təsərrüfatı texnikaları təmiri sahəsini bilməli, 
• Texniki təhlükəsizlik qaydalarını bilməli, 
• Nasazlığın səbəbini aşkar etməyi bacarmalı, 
• İdarəçilik qabiliyyəti olmalı,
• Kənd Təsərrüfatı texnikaları üçün hazırlanan təmir-baxım planlarını tətbiq etmək.

Namizədə aid tələblər:

• Ofis binasında və ərazidə olan texniki sahədən məsuliyyət daşıyır. 
• Avadanlıq və texnikaların vaxtaşırı (həftəlik, aylıq və illik) mexaniki baxışlarını həyata keçirtmək, 
• Texnikaların təmir planlarını hazırlamaq və onları icra etmək, 
• Tabeçiliyində olan texniki işçilərin işlərinə nəzarət etmək. 
• İşçilərin iş bölgüsünü etmək və işlərini planlamaq.


Eləcə də bax: Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA

İş yeri: Ağsu rayonu Padarçöl

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Kənd Təsərrüfatı Texnikalarının təmir Sexinin Rəisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Digər xəbərlər

Banner