“Azərlotereya” ASC səhmdarları ilə illik ümumi yığıncaq keçirəcək
“Azərlotereya” ASC öz səhmdarlarını 25 may 2023-cü il saat 14.00-da keçiriləcək növbəti illik ümumi yığıncağa dəvət edir.
FED.az xəbər verir ki, illik ümumi yığıncaq onlayn qaydada “Microsoft Teams” vasitəsilə keçiriləcəkdir.
Ümumi Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər ilə bağlı materiallarla tanış olmağınız üçün müvafiq sənədlər Ümumi Yığıncağın keçirilməsi zamanı Sizə təqdim ediləcəkdir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]