FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yaradılan 228 şirkətin 33-ü xarici vətəndaşlar tərəfindən təsis edilib. Yaradılan şirkətlər müxtəlif sahələr üzrə - nəqliyyat, səhiyyə, turizim, texnologiya, mebel və digər sahələrdə yaradılıb.
Eləcə də bax: Azərbaycanda 27 şirkət bağlanıb – SİYAHI
Yeni yaradılan xarici şirkətlərdə ən böyük pay əvvəlki dövrlərdə olduğu kimi yene də İran vətəndaşlarına məxsusdur. İran vətəndaşları tərəfindən təsis edilən şirkətlərin sayı 10 olub. Pakistan, Türkiyə və Rusiya vətəndaşları da fəaldırlar. Bundan əlavə ölkəmizdə yeni şirkət yaradan xarici vətəndaşlar arasında Filippin , Yaponiya, İordan, ŞriLanka vətəndaşları da var.
Azərbaycanda şirkət yaradan xarici vətəndaşlar:
İran vətəndaşları | 10 |
Pakistan vətəndaşları | 5 |
Türkiyə vətəndaşları | 4 |
Rusiya vətəndaşları | 3 |
Nepal vətəndaşları | 2 |
Hindistan vətəndaşları | 2 |
İraq vətəndaşları | 2 |
Yaponiya vətəndaşları | 2 |
Filippin,İordan, ŞriLanka vətəndaşları – hərəryə 1 şirkət.