FED.az-ın məlumatına görə, bu ilin oktyabrında ölkədə 233 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 203-ü ölkə vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət açanlar var. Belələrinin sayı 30-dur.
Eləcə də bax: Azərbaycanda 24 şirkət bağlanıb - SİYAHI
Yeni yaradılann şirkətlər müxtəlif sahələr üzrə: nəqliyyat, mühasibat, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil və digər sahələrdə yaradılıb.
Xarici ölkə vətəndaşları tərəfindən yaradılan şirkətlərdə çox zaman Pakistan vətəndaşları fəallıq göstərsə də, bu dəfə üstünlük Türkiyə vətəndaşları təşkil edib. Türkiyə vətəndaşları tərəfindən yeni yaradılan xarici şirkətlərin sayı 9 ədəd olub. Növbəti yerdə İran vətəndaşları durur. Ölkədə biznes qurmaq istəyən xarici vətəndaşlar arasında Suriya, Misir və İraq vətəndaşları da var.
Ölkə | Yaradlan şirkətlərin sayı |
Türkiyə | 9 |
İran | 5 |
Pakistan | 4 |
Çin | 2 |
Rusiya | 2 |
İngiltərə | 2 |
Hindistan | 1 |
Misir | 1 |
İraq | 1 |
İndoneziya | 1 |
Suriya | 1 |
Koreya | 1 |