«Top Employer Institute» (Ən Yaxşı İşəgötürənlər İnstitutu) Avropa və Asiya-Sakit Okean Regionu üzrə işçilərinə ən çox qayğı göstərən şirkəti müəyyən edib.
FED.az xəbər verir ki, şirkətin araşdırmalarına görə, bu Azərbaycanda da fəaliyət göstərən Japan Tobacco International (JTI) olub. İnstitutun məlumatına görə, JTI bu adı işçilər üçün yaratdığı mükəmməl şəraitə, o cümlədən öz əməkdaşlarının qayğısına xüsusilə yaxşı qaldığına görə qazanıb. Qeyd edək ki, JTI «1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən» adını təkrarən qazanıb. «Top Employer Institute» şirkətlərin öz işçilərinə qayğısın araşdırarkən həm də əməkdaşlarının inkişafına verdiyi əhəmiyyəti də nəzərə alıb.
Qeyd edək ki, «Top Employer Institute» qurumu tərəfindən hər il keçirilən araşdırma öz işçiləri üçün mükəmməl şərait yaradan, təşkilatın bütün səviyyələrində istedadları yetişdirən və inkişaf etdirən və işə götürmə təcrübələrini davamlı olaraq optimallaşdırmağa çalışan bir şirkət kimi dünyanın aparıcı işəgötürənlərini müəyyən edir. JTI Avropa və Asiya-Sakit Okean Regionunun müxtəlif ölkələrində bu mükafatı qazanan seçilmiş şirkətlərdən biri olub. Şirkət bu regionla yanaşı digər ölkələrdə də bu ada layiq görülüb.
Ən yaxşı işəgötürənlərin müəyyənləşdirilməsi prosesində iştirak edən şirkətlər tələb edilən yüksək standartlara cavab verməlidir. Yalnız bir regionun ən azı dörd ölkəsində həmin standartlara cavab verən qurumlar «Ən yaxşı işəgötürən» adına layiq görülür. Müstəqil araşdırma mükafat qazanan şirkətlərin bütün iştirakçı ölkələrdə işçilər üçün mükəmməl şərait yaratdığını təsdiq etmişdir. Bu da, JTI şirkətinə mükafat qazanan şirkətlər arasında yer tutmağa kömək edib.
«Top Employer Institute» JTI şirkətinin işçilər üçün yaratdığı şəraiti aşağıdakı meyarlar əsasında qiymətləndirib:
• İstedadların İdarə Edilməsi Strategiyası
• İşçi Qüvvəsinin Planlaşdırılması
• Yeni İşçilərin Uyğunlaşdırılması
• Təlim və İnkişaf
• Məhsuldarlığın İdarə Edilməsi
• Yüksək vəzifəli kadrların hazırlanması
• Karyera və vəzifə üzrə vərəsəliyin İdarə Edilməsi
• Təzminat və Mükafatlandırma
• Korporativ Mədəniyyət
«JTI Qafqaz»-ın Baş müdürü Aleksandr Piçka bildirib ki, «JTI olaraq, biz bu gün sabahı fikirləşərək öz əməkdaşlarımızın qayğısına qalırıq. Biz işçilərimiz qarşısında tam öhdəlik götürərək, onlara kəşf etmək və inkişaf etmək imkanları təmin edən iş yeri yaradıb, gələcəyə davamlı şəkildə sərmayə qoyuruq. Biz onların uğur qazanaraq, peşəkarcasına inkişaf etdiyini görməyə şad oluruq. Biz fəxr edirik ki, şirkətimiz Avropa və Asiya-Sakit Okean Regionuna 1-ci Dərəcəli Ən Yaxşı İşəgötürən seçilib».
«Top Employers Institute» qurumunun baş icraçı direktoru, David Plink: «Bizim hərtərəfli araşdırmamız JTI şirkətinin bütün dünyada əmək şəraitlərini yaxşılaşdıran seçilmiş işəgötürən qrupuna aid olduğunu aşkara çıxarmışdır. Şirkət əməkdaşlarına yüksək səviyyəli qayğı göstərilir. «Avropa və Asiya-Sakit Okean Regionunda Ən Yaxşı İşəgötürən 2018» mükafatına layiq görüldükləri üçün onlar artıq özlərini həqiqətən dünyanın ən yaxşı işəgötürənlərindən ibarət qrupun lideri hesab edə bilərlər. Bu, qeyd olunacaq bir səbəbdir!»
JTI şirkəti aparıcı beynəlxalq tütün istehsalçısı olan "Japan Tobacco" Şirkətlər Qrupunun üzvüdür. Şirkət Winston, Camel, Sobranie, LD və Winchester kimi brendlər istehsal edir. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində olan və 120-dən artıq ölkədə fəaliyyət göstərən JTI şirkətinin bütün dünya üzrə təxminən 40000 işçisi vardır. Azərbaycanda şirkətin 70-ə yaxın işçisi vardır.
Azərbaycanda ən yaxşı işəgötürən şirkət - MƏLUM OLDU
16:45
19 Mart 2018