FED.az-ın məlumatına görə, iyul-avqust aylarında ölkədə 240 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 206-sı ölkə vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycan şirkət açanlar var. Belələrinin sayı 34-dür. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti Pakistan vətəndaşlarıdır.
Eləcədə bax:Azərbaycanda bağlanan şirkətlər – SİYAHI
Pakistan vətəndaşları bu il Azərbaycanda 8 şirkət təsis ediblər. Sonrakı yerləri İran və Türkiyə şirkətləri tutur.
Ölkədə yeni yaradılan şirkətlərin tam siyahısına buradan baxmaq olar.
| Ölkə | Yaradlan şirkətlərin sayı |
| Pakistan | 8 |
| İran | 7 |
| Türkiyə | 4 |
| Birləşmiş Ərəb Əmirlikləri | 3 |
| İtalya | 2 |
| Hindistan | 2 |
| Çin | 2 |
| Bolqarıstan | 1 |
| Kipir | 1 |
| Almaniya | 1 |
| İraq | 1 |
| Sinqapur | 1 |
| Kanada | 1 |













