Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
FED.az xəbər verir ki, Fərmana əsasən siyahısı təsdiq edilən xammal və materiallara yandırılmış pirit, alüminium filizləri və konsentratları, alüminium oksidi, süni korunddan fərqli, dəmir filizinin birbaşa reduksiya məhsulları, dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış), qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri, sobalarda istifadə olunan elektrodlar – digərləri, elektroliz qurğuları üçün elektrodlar daxildir.
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların SİYAHISI
S/S |
Kod |
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları |
1. |
2601200000 |
Yandırılmış pirit |
2. |
2606000000 |
Alüminium filizləri və konsentratları |
3. |
2818200000 |
Alüminium oksidi, süni korunddan fərqli |
4. |
7203100000 |
Dəmir filizinin birbaşa reduksiya məhsulları |
5. |
7203900000 |
Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri |
6. |
7204491000 |
Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış) |
7. |
7204499000 |
Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri |
8. |
8545110080 |
Sobalarda istifadə olunan elektrodlar – digərləri |
9. |
8545190001 |
Elektroliz qurğuları üçün elektrodlar |