Müstəqillik illərində Ukraynada Azərbaycan vətəndaşları tərəfindən yaradılan hüquqi şəxslərin (şirkətlərin) sayı məlum olub.
Eləcə də bax: Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 606 milyon dollara yaxın olub
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, "Терези" Ukrayna-Azərbaycan Biznes Assosiasiyasından verilən məlumata görə, indiyə qədər Ukraynada ümumilikdə 1937 şirkət Azərbaycan vətəndaşı tərəfindən yaradılıb.
Hazırda bunlardan 1909 şirkət fəaliyyətini davam etdirir.