Azərbaycan Çinlə ticarət dövriyyəsini 2 dəfədən çox artırıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son bir ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 797 990.46 min dollar artıb.
Belə ki, ötən ilin yanvar – iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 616 402.68 min dollar olduğu halda bu ilin həmin dövrü ilə müqayisədə bu göstərici 1 414 393.14 min dollar təşkil edib.
Ticarət dövriyyəsinin artması Azərbaycanın əsas ticarət dövriyyəsi olan ölkələr arasında Çini 7 –ci pillədən 4- cü pilləyə qaldırıb.
Məlumat üçün bildirək ki, Azərbaycanın ticarət dövriyyəsində ilk pillədə İtaliya qərarlaşıb. Bu ilin yanvar – iyul aylarına olan məlumata görə, Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin ümumi məbləği 3 913 482.37 min dollar təşkil edir.