Azərbaycanın Pirallahı Sənaye Parkı əczaçılıq preparatlarının yerli istehsalı üzrə mühüm mərkəz ola bilər.
FED.az xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann deyib.
O bildirib ki, Almaniyanın əczaçılıq şirkəti bu sektorda maraqlıdır və 2019-2020-ci illərdə Azərbaycan bazarına çıxmaq imkanlarını öyrənir, bazarı müşahidə edir.
T.Baumann vurğulayıb ki, Almaniya İsveçrə və Türkiyə ilə birgə dünyada dərman preparatlarının mühüm tədarükçü ölkələrindən hesab olunur.
Qeyd edək ki, cari ildə Azərbaycanda 1,3 milyon manat dəyərində əczaçılıq məhsullarının istehsalı planlaşdırılır. Növbəti illərdə bu məhsulların istehsalı genişləndiriləcək.
Belə ki, 2020-ci ildə istehsal həcmi 38,8 milyon manata, 2021-ci ildə 39,5 milyon, 2022-ci ildə isə 40,2 milyon manata çatdırılıcaq.
Bu artım Pirallahı Sənaye Parkında qarşıdakı illərdə əczaçılıq müəssisələrinin fəaliyyətə başlayacağı ilə əlaqədardır. 2016-cı ildə yaradılmış park məhz əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşdırılır.
Burada digər sənaye parklarında olduğu kimi, investorlar 7 il müddətinə müxtəlif vergi və gömrük rüsumlarından azad edilib. Hazırda Pirallahı Sənaye Parkında 4 rezident fəaliyyət göstərir – Azərbaycan-Rusiya birgə zavodu "Hayat Pharm", Azərbaycan-İran zavodu "Caspian Pharmed", "Diamed Co" və IFFA şirkətlərinin zavodları. Bu müəssisələrin tikintisi davam edir
Alman şirkəti Bakının bu qəsəbəsində dərman istehsal edəcək
13:25
16 Dek 2018