5 ölkənin birgə müəssisəsi - "Airbus"a verilən qeyri-qanuni dəstəklə əlaqədar ABŞ-ın Avropa İttifaqına (Aİ) tətbiq etdiyi 7,5 milyard dollarlıq gömrük rüsumları təsdiqlənib.
FED.az məlumat verir ki, xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə qərarı Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qəbul edib.
Eləcə də bax: ABŞ Avropa mallarına da - YENİ RÜSUMLAR TƏTBİQ ETDİ
Xatırladaq ki, rəsmi Vaşinqton bu rüsumlarla yerli təyyarə istehsalçısı “Boeing” korporasiyasına dəstə verir.
ABŞ-ın addımlarına münasibət bildirən Aİ-nın ticarət komissarı Sesiliya Malmström bildirib ki, əgər sözügedən rüsumlar tətbiq edilərsə, buna cavab verməkdən başqa çarə qalmayacaq.
Avropa tərəfinin cavab tədbirləri 2020-ci ildə baş tuta bilər. Bu halda tərəflər arasında ticarət gərginliyinin daha da artacağı gözlənilir.
Report