Banner

Biznes

3 qutu “Sony PS4” gətirirdi - GÖMRÜKDƏ SAXLADILAR

3 qutu “Sony PS4” gətirirdi - GÖMRÜKDƏ SAXLADILAR | FED.az
08:22 12 Dek 2019

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Lincoln Mercury” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və risk profillərinin qiymətləndirilməsinə əsasən “Qırmızı kanal”a yönləndirilib.

FED.az xəbər verir ki, DGK-dan verilən məlumata görə, o, şifahi sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Eləcə də bax: "Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək" - DGK SƏDRİ - FOTO

Nəqliyyat vasitəsinin yoxlanması zamanı baqaj hissəsində - döşəmə ilə benzin çəninin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən hər biri 1 litrlik şüşə qablaşdırmada üzərində “Nemiroff Original” yazılan 16 ədəd spirtli içki və 3 qutu “Sony PS4” oyun konsolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Banner