Ötən il marketoloqlar, novatorlar və satış peşəkarları hansı trendləri müzakirə ediblər? Biznes sektorundakı proseslərə ən çox hansı məqamlar təsir edib? FED.az biznes və maliyyə xəbərləri portalı 2017-ci ilin əsas biznes trendlərini təqdim edir. Şübhəsiz ki, bu proseslər 2018-ci ildə də davam edəcək. Ona görə də biznes strukturları fəaliyyətlərini təkmilləşdirmək və daha da genişləndirmək üçün bu məqamları nəzərə almalıdırlar.
1. Insight-driven şirkətləri yüksəlişdədir
«Forrester»in məlumatına görə, 2020-ci ildə «insight-driven» (məlumatlardan istifadə edən) şirkətlərinin gəliri 1,2 trilyon dollara çatacaq. Bu təşkilatlar öz bizneslərində və qərar verərkən müştərilər haqqında məlumatlara və onların analitikasına əsaslanırlar. «Forrester»in tədqiqatlarına görə, qarşıdakı illər ərzində belə şirkətlərin sayı ildə təqribən 27% artacaq.
2. Biznes üçün əsas məsələ – ETİBARDIR
«Edelman 2017 Trust Barometer» tədqiqatına görə, dünyamız inamın çatışmazlığından əziyyət çəkir. Rəyi soruşulanların yalnız 52%-i biznesə etibar edir, özü də onların inamının əsas hissəsi biznesə rəhbərlik edən şəxsin reputasiyasına əsaslanır. Şirkətlər bu uçurumu aradan qaldırmaq üçün həm müştərilər, həm də öz işçiləri ilə yaxın münasibətlər qurmalı və sonra toplanan məlumatlardan istifadə edərək lazımi dəyişikliklər etməlidirlər.
«BrandZ Top 100 Most Valuable Global Brands» hesabatına görə isə, hazırda etimad şirkətlər arasında əsas fərqləndirici cəhətə çevrilib. Məsələn, «Apple», «Microsoft», «Facebook» və «Amazon» kimi brendlər başqalarından dəqiqliyi, məqsədəyönlüyü və şəffaflığı ilə fərqlənir.
3. Müştəri təcrübəsi sahəsinə lider lazımdır
Biznesdə müştəri təcrübəsi sahəsinin geriləməsi hiss olunur. «Forrester» tədqiqatlarındakı məlumatlara görə, son vaxtlar bu sahədə yeni innovasiyalar tətbiq edilmir. «Customer Experience Index» hesabatına əsasən də, 2017-ci ildə heç bir sahə və ya şirkət bu sahədə lider olmayıb.
«Forrester»in müştəri təcrəbəsi üzrə analitiki Rik Pgrrişin sözlərinə görə, əsas problemlərdən biri – bu sahədə nəticə əldə etmək üçün fundamental vərdişlərin olmamasıdır. Eksperttin fikrincə, şirkətlər bu sahədə fəaliyyətlərini gücləndirməlidirlər.
4. Smart-məhsullar əvvəlki kimi «partlamır»
Əşyaların interneti (IoT) əvvəlki kimi biznes sektorunda aparıcı texnoloji trendlərdən biridir. Amma bu sahəyə yatırılan böyük investisiyalar heç də həmişə ən yaxşı nəticəyə təminat vermir. Onun nəticəsidir ki, 2017-ci ildə çoxlu sayda smart-məhsullar bazarda uğur qazanmadı.
IoT sahəsi üzrə müəllif və texnoloq Kgvin Gşton hesab edir ki, bu bazarda «sağ qalmaq» üçün yeganə açar – müştərinin ehtiyaclarını düzgün qiymətləndirib tətbiq etməkdir. Bu suala həmişə cavab vermək lazımdır: «bu məhsulun müştəri üçün üstünlüyü nədədir?»
5.Riteyl satışın sonu yaxınlaşır
Ötən il mətbuat çoxsaylı riteyl şirkətlərinin müflisləşmə və işçilərin ixtisarı ilə bağlı elanları ilə dolu idi. Bununla əlaqədar olaraq şirkətlər «Whole Foods» supermarketlər şəbəkəsinin «Amazon» tərəfindən satın alınmasından həvəslənərək müştəri təcrübəsinə xüsusi diqqət ayırmağa başladılar. Müasir şəraitdə yaşamaq üçün brendlər öz prioritetlərinə yenidən baxmalıdırlar.
6. Müştəri yönümlülük – lider brendlərin rəqabət üstünlüyüdür
2017-ci ildə çoxlu avtomobil şirkətləri müştərilərinə daha yaxşı satış təcrübəsi təqdim edə bildilər. Məsələn, “Hyundai”, müştərilərlə münasibətləri brendin əsas prioritetinə çevirib. “Cadillac” da müştərilərin bütün şərhlərini nəzərə almaqla onları biznesin mərkəzinə qoyur.
“Elizabeth Arden”, “Bustle” və “Refinery29” kimi media brendlər də, auditoriya ilə əlaqə saxlayır ki, səyahətin daha yaxşı tərəflərini göstərə bilsinlər. Onlar başa düşürlər ki, insanların inandığı brend yaratmaqla ömürlük müştərilər əldə etək olar.
Səhiyyə şirkətləri də pasiyentlərin fikirlərinə və təqdim olunan dəyərlərə diqqət yetirməyə başlayıblar.
7. Süni intellektin əhəmiyyəti artır
Çoxlu sayda şirkət və ekspertlər biznes üçün süni intellektin (AI) potensialını müsbət qiymətləndirir. «GumGum»un direktoru Ben Plomionun sözlərinə görə, AI yeni imkanlar yaradacaq və alətlərin effektivliyini yüksəldəcək.
Bunula yanaşı, iri korporasiyalar süni intellektə ehtiyatla yanaşırlar. Belə ki, İlon Mask hesab edir ki, AI insanlığa qarşı müharibəyə başlaya bilər.
8. Təcrübənin öyrənilməsi prioritetdir
«2017 GRIT Consumer Participation in Research» tədqiqatının nəticələrinə görə, bu il təcrübənin öyrənilməsi araşdırma şirkətləri üçün prioritet olacaq. Hesabatda deyilir ki, məsələn, sorğuda iştirauk edən müştərilərin 55%-i sadəcə anketin dizaynını xoşlamadıqlarına görə, məlumatla bölüşmürlər. Ona görə də mürəkkəb anketlərdən imtina etməklə və müştərilərlə bölüşməklə daha yaxşı nəticələr əldə etmək olar.
Yeri gəlmişkən, «Maru/Matchbox»un araşdırmalarına görə, sorğular keçirmək üçün ayrıca tətbiqlər yaratmağına dəyməz, Respondentlərin bunlardan istifadə etmək istəmir.
9. Liderlər sahəni daha yaxşıya dəyişdirirlər
Uzaqgörən tədqiqatçılar şirkətlərə kömək edir ki, müştərilər haqda məlumatlardan istifadə edərək rəqiblərini qabaqlasınlar.
Nüfuzlu mütəxəssislər təkcə öz rolları ilə kifayətlənmir və öz işlərinin strateji əhəmiyyətini də gücləndirirlər. Bunun üçün aktivlik və «storitellinq» bacarığı lazımdır. Əmin olmaq lazımdır ki, şirkət alınan məlumatlara ciddi yanaşır, hətta bunlar liderlərin ehtimallarına və nəzəriyyəsinə zidd olsa da.
10. Birliklər biznesin gəlirliyini daha etibarlı təmin edir
Birliklər – 2018-ci ildə biznes üçün mühüm alətdir. «Forrester Consulting»in hesabatına görə, birliklər kontentin yenilənməsinə və cəlbediciliyə daha yaxşı təsir edir, nəinki sosial şəbəkələr və qısamüddətli kampaniyalar. Eləcə də onların sayəsində müştərilərin üstünlük verdiyi məsələlər, onların münasibəti haqqında daha çox məlumat almaq olar.
«Vision Critical»ın məlumatlarına görə, birliklərin üzvlərinin 80%-i brendə daha sadiqdirlər. Onlar daha tez-tez tənqidi şərhlər yazırlar ki, bunlar da şirkətlərə imkan verir ki, real vəziyyətdən xəbərləri olsun.
Birliklərin daha bir üstünlüyü odur ki, onlar müştərilərlə münasibətləri qurmağa və onlar haqqında məlumatı daha tez almağa imkan verir.
2018-ci ildə biznesi necə artırmalı? – 10 ƏSAS TREND
13:22
26 Mart 2018