Son aylar Azərbaycanda narkotika satışı ilə mübarizə güclənib. Hər halda indi demək olar ki, hər həftə narkotacirlərin və narkotika satışı üzrə vasitəçilərin həbsi barədə mütəmadi məlumatlar yayılır, bu işlə məşğul olanların adları elan edilir.
Teymurilər dövlətinin rüşvətxor vəzirləri və məmurları – KORRUPSİYA TARİXİ
Bununla yanaşı, Cinayət Məcəlləsində narkotika ticarətinə və narkotiklərin yayılmasına görə cəzalar olduğu kimi qalır.
FED.az xatırladır ki, dünya ölkələri narkomaniyaya qarşı mübarizədə çoxsaylı üsullardan istifadə ediblər. Bəzi ölkələr bu mübarizədə üstünlüyü müalicəyə və təbliğata yönəlsə də, bir sıra ölkələrdə narkotiklərə qarşı əsl müharibə elan edilib. Bunlardan biri – ən sərt və amansız mübarizə Filippində baş verib.
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Filippində narkotiklərlə müharibə 2016-cı ilin iyununda – Rodriqo Dutertenin prezident seçilməsi ilə başladı. Yeni prezident müharibəyə narkotiklərin mənbəyindən – narkotika alverçilərindən başladı. Bu mübarizə nəinki sərt, hətta amansız idi – ölkədə faktiki olaraq əhaliyə icazə verilmşidi ki, narkotika alverçilərini tapıb öldürsünlər.
3 milyon narkoman, ən çox kokain gətirilən ölkə
Həmin vaxt Filippin narkotikanın ən çox yayıldığı ölkələrdən biri idi. Hələ 2009-2014-cü illərdə Filippin Latın Amerikasından ən çox kokain gətirilən 5 ölkədən biri sayılırdı. 2014-cü ildə Filippində aşkar edilən narkotiklərdən 9% konoplyanın, 89% isə metamfetaminlərin payına düşürdü. Qara bazarda metamfetaminin qramının qiyməti 22 dollara düşmüşdü ki, bu da onun əlçatanlığını artırır, narkotikin daha da geniş yayılmasına imkan yaradırdı.
2016-cı ildə Filippində 3 milyon narkotikdən asılı insan vardı. Ölkənin kasıb ərazilərində isə əhalinin 35%-i narkotik istifadəçisi idi. Yerli sakinlər «şabu» adlı yerli narkotikdən də istifadə edirdilər. «Şabu» daha ucuz narkotik idi və onu bir kofe qiymətinə tapmaq mümkün idi. Bəzi məlumatlara görə, 16-64 yaşında olan əhalinin 2-10%-i mütəmadi olaraq «şabu» qəbul edir. Onu kiçik laboratoriyalarda, mənzillərdə, hətta həbsxanalarda istehsal edirdilər. Filippində hər il minlərlə gənc narkotiklərdən və onun gətirdiyi xəstəlyiklərdən vəfat edirdi. Narkotiklərlə bağlı cinayətlər isə ölkəni bürümüşdü.
Polislər narkotacirləri himayə edirdilər
Bu sahəyə nəzarət etməli olan hüquq-mühafiə orqanlarında isə korrupsiya baş alıb gedirdi. Bəzi şəhərlərdə polislər baş verənlərə göz yumur, bəzən isə hətta narkotika alverçiləri ilə birgə işləyirdilər. Narkotika mafiyası asanlıqla polisləri satın alır, hətta onların öz dilerlərinə - satış agentlərinə çevirirdilər. Belələri həbs ediləndə də gözəl təmir edilmiş həbsxana nömrələrində dəbdəbəli şəraitdə yaşayırdılar.
Narkotikaya görə ölüm cəzası ləğv edilir
Doğrudur, Asiya və Sakin Ökean ölkələrində narkotika geniş yayıldığına görə, bu regionda narkotikaya qarşı sərt qanunvericilik var. Əksər ölkələrdə narkotik cinayətləri ilə bağlı bağlı edam cəzası nəzərdə tutulub. 2002-ci ildə Filippində də qəbul edilən yeni qanuna görə, 10 qramdan artıq heroin və 50 qram metamfetamin tapılan şəxslər ölüm cəzasına məhkum edilirdi. Amma 2006-cı ildə bu qərar ləğv edildi.
İlham Əliyevin ermənilərdən danışanda həmişə istinad etdiyi - KÜRƏKÇAY MÜQAVİLƏSİ – TAM MƏTN
Bundan sonra narkotika alverçiləri və narkotacirlər arxayın şəkildə bu işlə məşğul olmağa başladılar. Vəziyyət bir də 10 il sonra - Rodriqo Dutertenin hakimiyyətə əlişindən sonra dəyişdi.
«Onlar narkotika satıb xalqımızı öldürürlər, sizə də onları öldürün»
2015-ci ildə prezident kampaniyası xamanı Duterte açıq elan etdi ki, prezident seçilsə narkoticarətlə məşğul olan, azı 100 min nəfəri edam edəcək. 2016-cu ilin iyulunda bu vəzifəyə seçilən Duterte vədini yerinə yetirməyə başladı.
«Bura mənim babamın olub!» - SOVETDƏN ƏVVƏLKİ ƏMLAK KİMİNDİR? - BİZNES TARİXİ
Cəmi bir neçə həftə ərzində Filippində 2 min nəfə r narkotika alverçisi əhali tərəfindən öldürüldü. Bir aydan sonra öldürülənlərin sayı 3,5 mini keçdi. Əhali bu prosesdə məmnuniyyətlə iştirak edirdi – uzun illərdən bəri gəncləri, hətta yeniyetmələri belə zəhərləyən, onları narkotikə öyrəşdirərək məhv edən narkotacirlərə qarşı indiyədək təsirli tədbir görülməmişdi – nəticədə narkotikdən ailə üzvünü itirən ailələr kifayət qədər idi. İndi onlar narkotacirlərdən öz qisaslarını almağa başlamışdılar.
Xalqın qəzəbindən və öldürüləcəklərindən qorxan narkotik alverçiləri çıxış yolunu hökumətə müraciət edərək könüllü həbsdə görürdülər. Dutertenin «narkotika müharibəsi»nə başlamasından sonra cəmi 3 ay ərzində 600 min narkotik alverçisi əhali tərəfindən öldürülməmək üçün cinayətlərini etiraf edərək və həbs olunmalarını xahiş edirdilər.
«Gecə evə daxil olub narkotik alverçisini sakitcə güllələyirdilər»
Amma narkotika alverçilərini təkcə əhali öldürmürdü. Qərb mətbuatının məlumatına görə, həmin vaxt Filippində «xalq dəstələri» yaradıldı, yarım rəsmi fəaliyyət göstərən bu qruplar polis sayılmasa da, narkotikaya qarşı ciddi mübarizə aparırdılar. Mübarizə deyəndə, bu sahədə cəmi bir cəza vardı – edam etmək.
«Qiyamətə qədər» Nizami Gəncəviyə bağışlanan kənd və Fətəli xanın hədiyyəsi - BİZNES TARİXİ
4-5 nəfərdən ibarət olan dəstələr bütün şəhərlərdəki narkotik alverçilərinin siyahısını müəyyən edir, bir neçə gün ərzində yerli bələdiyyə, polis və yerli sakinlərdən alınan məlumata əsasən doğrudan da həmni şəxsin narkotika alverçisi olduğunu dəqiqləşdirir, sonra hərəkətə keçirdilər. Belə şəxslər gecələrin birində evdən çağırılaraq naməlum istiqamətdə aparılırdılar. Onlardan bir daha xəbər gəlmir, ya da bir neçə aydan sonra belələrinin artıq çürüməkdə olan meyiti hansısa körpünün altında və ya tikinti üçün qazılan çalalarda aşkar edilirdi.
«Narkotika satanlar – terrorçudur, onlarla terrorçular kimi rəftar etmək lazımdır»
Əslində Rodriqo Duterte narkotikaya qarşı mübarizəni hələ bir neçə il əvvəl Davao şəhərinin meri olarkən başlamışdı. Yeri gəlmişkən, məhz Dutertenin apardığı kampaniya çərçivəsində bu şəhər bütün dünyada tanınır.
Duterte 22 il ərzhində fasilələrlə bu şəhərin meri olmuşdu və bu müddət ərzində vaxtilə cinayətkarlıq yuvasına çevrilmiş Davao Filippinin ən intizamlı və təhlükəsiz şəhərlərindən birinə çevrildi. İxtisasca hüquqşünas olan Duterte Davao şəhərində polisdə, prokurorluqda və meriyada müxtəlif vəzifələr tutduğuna görə, həm şəhərdə, həm də ölkədə narkotika ilə bağlı vəziyyəti yaxşı bilirdi. Sərt tədbirlərdən isə çəkinmirdi. Məsələn, hələ 2015-ci ildə Davaoya gələn xarici turistlərdən biri şəhər barında siqeret qadağasına əməl etməkdən imtina edərkən Duterte onu siqareti yeməyə məcbur etmişdi.
Gələcək prezident hələ mer olanda da narkotiklərlə və mütəşəkkil cinayətkarlıqla kəskin mübarizə aparırdı. Onun hakimiyyətdə olduğu müddətdə təkcə bu şəhərdə cinayətkar aləmlə əlaqəsi olan mindən artıq adam edam edilmişdi. Bundan başqa, o mer olanda Davaoda narkotik asılılığından əziyyət çəkənlər üçün böyük reablitasiya mərkəzi tikilmişdi.
Naroktika alverçilərini öldürən ilk dəstələri də Duterte Davaoda yaratmışdı. 2005-ci ildə cinayətkarlığa qarşı sammitdə çıxış edən Duterte bildirmipşdi ki cinayətkarlıqla bağlı ən yaxşı mübarizə üsulu - onları edam etməkdir.
«Naroktika alverciləri – terrorçulardır, onlar öz xalqlarının altına bomba qoyurlar, onlarla terrorçular kimi rəftar etmək lazımdır» - deyə Filippin lideri bəyan edirdi. İndiyədək narkotikanın yayılmasından və hökumətin narkotacirlərə yumşaq yanaşmasından hiddətlənən əhali bu məsələdə tamamilə prezidentin tərəfindəydi və onu dəstəkləyirdi.
Hələ o vaxt bəzi beynəlxcalq təşkilatlar Duterteni bu sözlərə görə tənqid edir, sərt tədbirlərdən çəkinməyə çağırırdılar. Amma gələcək prezidentə bu çağırışlar əks təsir göstərirdi.
6 min narkotik alverçisi öldürüldü
2016-cı ildə Dutertenin antinarkotika kampaniyasına bütün qüvvələr – ordu və polis də cəlb olunsa da, edamların böyük hissəsini könüllü dəstələr həyata keçirirdi. Onlar ya qəflətən motosikldə gələrək narkotika alverçisini güllələyir, ya da axşamlar onun evinə soxularaq bütün aimlənin gözü qarşısında edam edirdilər. Bəzi məlumatlara görə bu müddətdə 6 min nəfərə yaxın narkotika alverçisi öldürülüb, onların əksəriyyətini «xalq dəstələri» - ölüm eskadronunun üzvləri güllələyib.
Narkotik satanların siyahısını əhali hazırlayırdı
Maraqlıdır ki, narkoalverçilərin tapılıb aşkar edilməsində və onların siyahısının tutulmasında Duterte yerli əhalidən də istifadə edib. Bu üsul polislərin məlumatlarından daha yaxşı işləyirdi. Söhbət yerli bələdiyyələrin nəzdində yaradılan anti narkotik şuralarından gedir. Onun əsasını xalqa yaxın olan şəxslər - dövlət qulluqçuları və müəllimlər, ictimai fəallar və sair təşkil edirdi. Onlar yaşadıqları ərazidə narkomanları da, narkotika alverçilərini də yaxşı tanıyır və hökuməti dəqiq məlumatlandırmağa başladılar. Həmin məlumatlar əsasında ölkədə narkotika alverçilərinin dəqiq siyahısı tutuldu və onların planauyğun şəkildə məhvinə başlandı.
Hər öldürülən narkotacirə görə 430 dollar mükafat
Bu işlə məşğul olan polis əməkdaşqları anaonim olaraq mətbuata verdikləri müsahibələrədə bildirirlər ki, onlar narkotika alverçilərinin siyahılarını bir neçə mənbədən dəqiqləşdirirdilər. Əgər aydın olsa ki, kimsə dəqiq narkotacirdir – «beləsinə aman yoxdur». Bir qayda olaraq, ölüm hadisəsi gecələr baş verir. Dəstə üzvləri evə daxil olur və üzlərini bağlayrılar onları tanımasınlar və kameralara düşməsinlər – necə olsa, onlar qeyri-rəsmi işləyirlər. Edam cəzasını yerinə yetirmək üçün 1 dəqiqə vaxt verilirdi. Bu müddətdə onlar cinayətkarı tapıb küçəyə çıxarmalı və şahidsiz öldürməlidirlər. Meyitlər harasa atılır və sonra polisə anonim məlumat verilirdi.
Öldürülmüş narkotik alverçisi, onun yanına atılan kağız parçasında "Mən narkotik alverçisiyəm" yazılıb
Hər ölüm hadisəsinə görə dəstəyə 20 min filippin peso-su – təxminən 430 dollar ödənilir. Bu məbləğ dəstə üzvləri arasında bölüşdürülür. Adətən meyitin yanında üzərində «Mən narkodiler idim» yazısı olan kart da atılır. Bu həmin şəxsin hansı səbəbdən öldürüldüyünü göstərməli idi.
Filippində narkotika ilə mübarizənin başqa forması da var - narkotik qəbul edənlər and içərək bir daha bunu təkrarlamayacağını elan etməlidirlər. Belələri xüsusi siyahıya salınır, bir də belə hal təkrarlansa onları edam edirdilər.
«Biz narkotik satırıq, bizi həbs edin»
Narkomaniyaya qarşı belə amansız mübarizə dərhal nəticələrini verməyə başladı.
Artıq avqustda Filippində 500 min nəfər könüllü həbsə girmişdi. Yerli türmələr dustaqlarla dolu idi. 20 nəfərlik türmələrdə 200 nəfər saxlanılırdlı, amma onlar sadəcə sağ olduqlarına, edam edilməyib həbs olunduqlarına görə xoşbəxt idilər.
Narkotik alverçiləri həbsxanaya düşmək üçün növbəyə dayanıblar
Narkomanların əksəriyyəti narkotikanı atmalı oldular, çünki onları sadəcə narkotik alverçiləri ilə səhv salaraq öldürə bilərdilər. Digər tərəfdən, Filippində ən geniş yayılan narkotik - "şabu" çətin müalicə olunan maddədir. Ona oturanlar həddən artıq arıq olurlar- bədən yemək istəmir, belələrini dumanlı baxışlarından tanımaq olur. Şabu dozası isə hər gün lazımdır. Amma narkotikaya qarşı tədbirlər səbəbindən «şabu»nun qiyməti 3 dəfə artıb. Bu iş daha təhlükəli olubvə ona görə də buna maraq göstərənlər də sürətlə azalır.
Kiçik narkotik alverçiləri hökumətə təslim olaraq həbs olunmağı qərara aldılar ki, qəzəblənmiş əhali tərəfindən öldürülməsinlər. Belələri hər an yaxınlıqda dayanan motosikldən atılan atəşlə öldürülə bilərdilər.
«Əgər siz məni ölkəmin narkotiklərlə öldürəksizinsə, mən də sizi öldürəm»
2017-ci ilin avqustunda Duterte polislərə icazə verdi ki, tutulanda müqavimət göstərənləri düşünmədən öldürsünlər. Paralel olaraq polislərin maaşları da artırıldı ki, korrpusiyanın qarşısı alınsın.
Duterte eyni mübarizəni hökumət daxilində də başlayıb. O bildirirdi ki narkomafiya dövlət dəstəyi olmadan belə inkişaf etməzdi və azı 2000 nəfər məmur bu sahəyə dəstək verir.
«ABŞ və BMT bizə ağıl öyrətməsinlər»
Filippin hökumətinin narkotiklərə qarşı belə sərt siyasəti, xüsusilə də amansız tədbirlər BMT, ABŞ və Avropa Birliyində kəskin tənqidlərə məruz qaldı. Xarici mətbuat yerli hökuməti narkotika ticarətində ittiham olanın şəxslərin hüquqlarını pozmaqda ittiham edirdi. Rodriqe bu tənqidlərə reaksiya vermir, ya da ABŞ, Avropa İttifaqı və BMT-nin rəhbərliyindən ölkəsinin daxili işinə qarışmamağı tələb edir, onları özünə məxsus şəkildə «öz işləri ilə məşğul olmağa» göndərirdi.
Filippin prezidenti bu məsələdə ona irad tutan dünya liderlərini təhqir etməkdən də çəkinmirdi. O Barak Obamanı «pozğun qadının oğlu», BMT-nin baş katibi Pan Qi Munu isə «axmaq» adlandıraraq elan etdi ki, ümumiyyətlə lazım olarsa Filippin BMT-ni də tərk edə bilər, «çünki bu təşkilatın hansısa müsələdə faydasını görmür».
«Hər gün 47 nəfər onlar öldürürdü, indi 35 nəfər biz öldürürük»
Filippin rəhbəriin kampaniyasının nə qədər effektli olması hələ də müzakirə mövzusudur. Bəziləri – xüsusilə də yerli mətbuat bildirir ki, kampaniya uğurlu olub. «Cinayətkarlar gündə 47 nəfər öldürürdülər, indi isə hökumət gündə 35 cinayətkarı öldürür»- deyə yerli mətbuat yazır. Üstəlik mətbuatın fikrincə, normal vətəndaşlar heç nədən narahat olmamalıdırlar - müharibə narkotacirlərə qarşı aparılır. Bəziləri isə bildirir ki, ölüm eskadronlarını əlindəki siyahılar dəqiq deyil və nəticədə narkotika ilə əlaqəli olmayanalar da öldürülə bilərdi. Üstəlik şəxsi ədavət səbəbindən kiminsə adının qəsdən olaraq narkotacirlərin siyahısına salınması riski də var. Hərçənd bu siayhılar da bir neçə səviyyədə yoxlanılır.