Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ

Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ | FED.az
23:07 7 Avq 2018

2018-ci il, avqustun 6-da Misirdə yeni Süveyş kanalının açılış mərasimi keçirildi. Dünya mətbuatı və biznes dairələr bu bəyanatı böyük maraqla qarşılayıblar. Səbəbi Süveyş kanalının dünya ticarətində tutduğu mühüm yerdir. Bu kanal təkcə dəniz nəqliyyatına deyil, faktiki olaraq dünyanın iqtisadi və siyasi xəritəsinə də təsir edib. Kanalın tikintisi prosesi isə çoxsaylı avantüralar və siyasi qurşıdurmalarla müşayiət olunub. Qeyd etmək lazımdır ki, Süveyş kanalının tikintisində şəxsi münasibətlər həlledici rol oynayıb.  FED.az Süveyş kanalının tarixini təqdim edir.

Eləcə də bax: İki okeanın araslnda - Amerikanı yarı bölən – PANAMA KANALININ TARİXİ 

Süveyş kanalı -

dünyada insan əli ilə yaradılan ən böyük qurğulardan biridir. Misir ərazisində çəkilmiş kanal Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirir. Onun sayəsində Avropa ölkələri Hind okeanına ən qısa yolla çıxmaq imkanı əldə ediblər. Bu kanal çəkilənədək, Hindistana gedən gəmilər 15 min kilometr üzərək bütün Afrikanı dolanmalı idilər, cəmi 168 kilometr uzunluğu olan Süveyş kanalı isə bu məsafəni dəfələrlə qısaldıb. Kanalın eni səthdə 350 metrə, dibdə isə 45-60 metrə çatırÖ dərinliyi isə 20 metrdir. 

Fironların, şahların və xəlifələrin layihəsi

Bu ərazidə kanal çəkilməsi hələ eramızdan 2 min əvvəl Misir fironlarını düşündürüb. Firon Senusert ticarətin canlanması üçün Nil çayını Qırmızı dənizlə birləşdirən kanalın çəkilməsini istəyirdi. Sonradan bu işlə Msirin qüdrətli fironları II Ramzes  və II Nexo məşğul oldular. Herodot yazırdı ki, II Nexo kanalın tikintisinə başlasa da, onu sona çatıra bilməyib. Sonradan İran şahı Dara bu kanalı işə sala bildi. Ptolomeyin və İmperator Trayanın dövründə isə kanalın gəmiçilik imkanları artırıldı. Amma 776-cı ildə Xəlifə Mənsur kanalın torpaqlanmasını əmr etdi ki, əsas ticarət yolları xilafətin mərkəzindən uzaqlaşmasın.

Eləcə də bax: Bu restoranda qiymətə baxmırlar – QƏSSAB KÖMƏKÇİSİNİN UĞUR HEKAYƏSİ

Süveyş kanalının əhəmiyyəti bir də təqribən 1000 il sonra üzə çıxdı. 1569-cu ildə Osmanlı İmperiyasının böyük vəziri Mehmet Sokollunun əmri ilə kanalın bərpası planı hazırlandı amma həyata keçirilmədi. 

Napoleonun çəkindiyi ideya

19-cu əsrdə dünya müstəmləkələrin bölüşdürülməsi dövrünü yaşayırdı. Avropaya ən yaxın materik olan Afrika isə bütün müstəmləkə dövlətlərinin – Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın diqqətini cəlb edirdi. Misir uğrunda mübarizə Britaniya və Fransa arasında gedirdi.

Eləcə də bax: Pulları indiyədək İsveçrə bankında qalan milyonçumuz – BİZNES TARİXİ

1798-ci ildə Fransa imperatoru Napaleon Bonapart Misirdə olanda Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən kanalın tikintisi ilə maraqlandı və bu məsələni araşdırmaq üçün mühəndis Leperin rəhbərliyii ilə komissiya da yaratdı. Amma komissiya səhvən belə bir nəticəyə gəldi ki, Qırmızı dənizdə suyun səviyyəsi Aralıq dənizinə nisbətən təqribən 10 metr yüksəkdir və buna görə də, kanalda hökmən şlyuz olmalıdır. Üstəlik fransız mühəndisləri hesab edirdilər ki, bu kanalla iri gəmilərin üzməsi mümkün olmayacaq. Həm bu nəticələr, həm də Avropadakı siasi vəziyyət kanalın tikintisini təxirə saldı. Həmin vaxt Napaleon Misiri zəbt etmək fikrindən daşındı və bütün gücünü Avropanı işğal etməyə yönəltdi. 1800-ci ildə Napoeon Leperə bildirdi ki, bu böyük layihəni həyata keçirirməyə imkanı yoxdur, "bəlkə nə vaxtsa Türkiyə imperiyası bu kanalı çəkib özünə şöhrət qazanar".

"Yeni Bosfor"un tikintisi

1841-ci ildə britaniyalı zabitlər suyun səviyyəsi ilə bağlı Leperin ölçmələrinin səhv olduğunu sübut etdilər.  1846-cı ildə fransız və ingilisi mühəndislər kanalın çəkilməsi ilə bağlı layihə hazırladılar. Amma bu layihə təqribən 9 il diqqətdən kənarda qaldı. 1855-ci ildə kanal ideyası fransız diplomat Ferdinand de Lessepsin diqqətini cəlb etdi. Layihənin əhəmiyyətini dərhal qiymətləndirən Lesseps "yeni Bosfor"un tikintisi üçün Misirin vitse-kralı Səid Paşadan icazə aldı. Lesseps Səid Paşa ilə 1830-cu illərdən tanış idi, ona görə də icazə almaq çətin  olmadı. Elə həmin il Lesseps kanalın tikintisi ilə bağlı Türkiyə sultanının da fərmanını aldı. 1859-cu ildə Süveyş kanalının tikintisi ilə bağlı şirkət yaradıldı. 

Kanalın səhmləri açıq satışda

İlkin hesablamalara görə, Süveyş kanalının tikintisi 200 milyon franka başa gələcəkdi. İndi bu pulu tapmaq lazım idi. Ferdinand Lesseps bu məqsədlə əvvəlcə Britaniyaya müraciət edir. Amma Londonda buna həvəsiz yanaşdılar. Həmin vaxt Britaniya onsuz da dünyada ən güclü donanmaya malik idi və Hindistana gedən dəniz yolları ingilislərin nəzarətində idi, kanalın açılması isə bu üstünlüyü heçə endirirdi. Ona görə də Londonda alternativ yolun yaradılmasını istəmir, üstəlik, buna hər vəhclə mane olmağa çalışırdılar. Amma Lessepsin yaxşı əlaqələri, eləcə də layihəyə Fransa hökmdarı III Napoleon  Səid paşanın himayədarlıq etməsi ingilislərə mane oldu. Avropanın digər ölkələri və ABŞ da fransızların bu ideyasını dəstəkləmədilər və kanala vəsait ayırmadılar.

Vəziyyəti belə görən Ferdinand Lesseps riskli addıma əl atır - "Süveyş kanalı" şirkətinin səhmləri hər biri 500 frankdan açıq satışa çıxarılır. Avropada bununla bağlı geniş reklam kampaniyası da başlayır, amma iri maliyyə  investorları bu kağızlara inamsızlıqla yanaşırlar. İngiltərə, Prussiya və Avstriyada isə bu səhmlərin satışı ümumiyyətlə qadağan edilir. Amma heç kimin gözləmədiyi halda bu layihəyə Fransanın orta sinfi - vəkillər, məmurlar, müəllimlər, zabitlər, tacirlər və sələmçilər maraq göstərirlər. Nəticədə səhmlər sürətlə satılmağa başlanır. Ümumilikdə "Süveyş kanalı ümumi şirkəti"nin 400 min səhmi satıldı. Bunların 52%-i Fransada  satıldı, 44%-ni Misir hökuməti tərəfindən Səid paşa, 4%-ni isə digər dövlətlərin şirkətləri aldı. Nəticədə şirkətin nizamnamə kapitalı 200 milyon frank və ya indiki məzənnə ilə 3 milyard dollar oldu.

Müqavilənin şərtlərinə görə, kanaldan əldə olunan gəlirin 75%-i səhmdarlara, 15%-i Misirə, 10%-i isə şirkətin yaradıcılarına çatmalı idi. Bundan başqa, kanal istifadəyə veriləndən 99 il sonra o Misirin mülkiyyətinə keçməli idi. 

Adambaşına 2 kubmetr torpaq norması

Kanal demək olar ki, bütünlüklə əl əməyi ilə tikilib. Çünki Səid paşa kanalın tikintisinə razılıq verməklə yanaşı, onu ucuz işçi qüvvəsi ilə təmin etməyi də öhdəsinə götürmüşdü. Normaya görə, hər işçi gün ərzində kanalın məcrasından 2 kubmetr torpaq çıxarmalı idi. Kanalın tikintisində Avropadan gələn yeganə texnoloji yenilik ekskavatorun ilk versiyası idi.

Kanalın tikintisi ilə bağlı böyük texniki çətiniklər vardı. Fəhlələr susuz səhrada, gün altında işləyirdilər. Hər gün təkcə suya tələbatı ödəmək üçün 1600 dəvə ilə su daşınırdı, sonradan tikintiyə şirin su xətti çəkildi. Amma işçilər arasında ölüm halları böyük idi. Ümumilikdə tikintiyə 20-40 min nəfər çalışırdı. Kanalın xərcləri gözləniləndən artıq oldu. 200 milyon frank tezliklə xərcəndi, sonradan yeni istiqrazların buraxılması ilə bu məbləğ əvvəlcə 476 milyona, sonra isə 576 milyon franka çatdı. İndiki məzənnə ilə bu 8,5 milyard dollar deməkdir. Tikintinin müddəti də uzandı və 6 il əvəzinə 11 il davam etdi. 

Azadlıq abidəsi, ""Aida" operası və Süveyş kanalı

Nəhayət, 1869-cu ildə Süveyş kanalının təntənəli açılışı oldu. Misir rəhbərliyi ilə yanaşı burada Fransanın imperatriçası Yevgeniya, Avstriya-Macarıstanın imperatoru Frans İosif, Hollandiya şahzadələri, Prussiya şahzadəsi iştirak edirdi. İndiyədək Misirdə bu qədər yüksək qonaqlar toplaşmamışdı. Kanalın açılışının bayram şənlikləri 7 gün davam etdi və Misir hökumətinə 28 milyon franka başa gəldi. Yeri gəlmişkən, kanalın işə düşməsi münasibətilə italyan bəstəkar Cüzeppe Verdi "Aida" operası hazırlayırdı, amma şənliklərə qədər onu başa çatdırmaq mümkün olmadı. Bu operanın premyerası 1871-ci ildə Qahirə operasında baş tutdu.

Yeri gəlmişkən, hazırda Nyu-Yorkun simvolu olan Azadlıq Abidəsini əvvəlcə "Asiya işığı" adı ilə Port-Səiddə ucaltmaq planlaşdırılırdı. Amma Misir rəhbərliyi hesab etdi ki, bu konstruksiyanın Fransadan gətirilib quraşdırılması dövlətə çox baha başa gələcək, ona görə də bu ideyadan imtina edildi. 

Misir hökumətinə baha başa gələn layihə

Gözlənildiyi kimi, Süveyş kanalı dünya ticarətinə dərhal təsirini gstərdi. Qeyd edək ki, bundan cəmi 6 ay əvvəl ABŞ-da ilk transkontinental dəmiryolu istifadəyə verildi.  Nəticədə indi bütün dünyanı rekord dərəcədə qısa müddətdə səyahət etmək mümkün idi. Kanalın işə düşməsi Afrikanın müstəmləkələşməsini də sürətləndirdi.

Amma Misir hökuməti Süveyş kanalından gözlədiyi faydanı götürə bilmədi. Kanalın tikintisinə sərf edilən böyük xərclər Msirin iqtisadi vəziyyətini pisləşdirmişdi, ölkə xarici borclarını ödəyə bilmirdi.  Bundan istifadə edən 1875-ci ildə Böyük Britaniyanın baş naziri Dizraeli 4 milyon funt sterlinq ödəyərək Misir rəhbərliyindən İsmayıl Paşadan kanalın səhmlərinin 176 602-sini aldı. Nəticədə Britaniya kanalın səhmlərinin 44%-nə sahib oldu.

Müqaviləyə görə, səhmdarların qazancından başqa, kanaldan gəlirin 15%-i Misirə çatmalıydı. Amma 1880-ci ildə Misir hökuməti bu payı da satmalı oldu. Nəticədə rəsmi Qahirə kanalın idarəçiliyindən və buradan götürülən gəlirin bölüşdürülməsindən kənarlaşdırıldı, onun faktiki sahibi İngiltərə oldu.

1882-ci ildə isə bütün Misir İngiltərə tərəfindən işal olundu. Doğrudur 1888-ci ildə İstanbulda Süveyş kanalından bütün ölkələrin sərbəst istifadəsi ilə bağlı beynəlxalq konvensiya imzalandı. Amma bütün bu dövrlərdə, o cümlədən  1-ci və 2-ci dünya müharibələrində Süveyş kanalı ilə daşımaları İngiltərə tənzimləyirdi. 

Süveyş kanalı öz sahibinə qayıdır

1952-ci ildə Misirdə baş verən inqilab nəticəsində yeni hökuət quruldu və Süveyş kanalı milliləşdirildi. Cavabında Britaniya, Fransa və İsrail ordusu Misirə hücum etdi. 1 həftə davam edən müharibə nəticəsində kanala böyük zərər dəydi, burada hərəkət dayandı. Yalnız BMT bu ərazini neytral zona elan etdikdən və kanal təmizləndikdən sonra burada daşımalar yenidən 1957-ci ildə bərpa edildi. 1967-ci və 1975-ci illərdəki qarşıdurmalar zamanı da Süveyş kanalı işini müvəqqəti dayandırmalı olurdu. Amma bundan sonra kanalın işində problem yaranmadı və indiyədək bu kanal dünya ticarətində mühüm yer tutur. 

Dünya ticarətinin 10%-nin keçdiyi yol

Hazırda Süveyş kanalı dünyanın ən təhlükəsiz və ucuz nəqliyyat marşrutlarından biridir. Dünyadakı dəniz daşımalarının təqribən 10%-i Süveyş kanalından keçir. Kanalın əhəmiyyəti o qədər böyükdür ki, onun işindəki prorblemlər və ya fasilələr dünya bazarında neftin qiymətinə təsir edir. Buradan hər gün 48 gəmi, il ərzində isə 17-18 min gəmi keçir. Hazırda Süveyş kanalı, neft və turizmlə yanaşı, Misir büdcəsinin əsas gəir mənbələrindən biridir. Hər il buradan büdcəyə 5 milyard dollara gəlir daxil olur.

Qaydalara görə, Süveyş kanalından bütün ölkələrin gəmiləri keçə bilər, bir şərtlə ki, onlar Misirlə müharibə vəziyyətində olmasın. Bundan başqa, kanaldan atom mühərriki ilə işləyən gəmilər də keçə bilməz.

Banner
Banner
Paylaş

Digər xəbərlər

"Green card"ı 4-cü kursda udur, heç bir iş təcrübəsi olmadan ABŞ-a uçur - “Deloitte” şirkətində baş audit köməkçisidir - MÜSAHİBƏ
Biznes tarixi 8 May 2023
"Green card"ı 4-cü kursda udur, heç bir iş təcrübəsi olmadan ABŞ-a uçur - “Deloitte” şirkətində baş audit köməkçisidir - MÜSAHİBƏ
«Cücələrim»lə başlayan Amerika səyahəti – Nyu Yorkda «Bakı» restoranları açan azərbaycanlı – «HİLARİ KLİNTON DA GƏLİRDİ» - MÜSAHİBƏ
Biznes tarixi 13 Aprel 2023
«Cücələrim»lə başlayan Amerika səyahəti – Nyu Yorkda «Bakı» restoranları açan azərbaycanlı – «HİLARİ KLİNTON DA GƏLİRDİ» - MÜSAHİBƏ
«Restoran açmaq üçün azı 500 000 manat lazımdır, dövriyyənin 15 faizi də biznesmenə qalmalıdır, yoxsa restoranın bağlanacaq» - MÜSAHİBƏ
Biznes tarixi 10 Aprel 2023
«Restoran açmaq üçün azı 500 000 manat lazımdır, dövriyyənin 15 faizi də biznesmenə qalmalıdır, yoxsa restoranın bağlanacaq» - MÜSAHİBƏ
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
Biznes tarixi 10 Aprel 2023
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
Azərbaycanlı iş adamı: “30 milyonluq portfeli olan Nigeriya bankında tətbiq etdiyimiz sistemi ölkəmizdə qurmaq istəyirik” – MÜSAHİBƏ
Biznes tarixi 7 Aprel 2023
Azərbaycanlı iş adamı: “30 milyonluq portfeli olan Nigeriya bankında tətbiq etdiyimiz sistemi ölkəmizdə qurmaq istəyirik” – MÜSAHİBƏ
Mələk simalı türk mühəndis dünyanın hərb elmini necə dəyişdi? – SƏLCUK BAYRAKTARIN TARİXÇƏSİ
Biznes tarixi 3 Aprel 2023
Mələk simalı türk mühəndis dünyanın hərb elmini necə dəyişdi? – SƏLCUK BAYRAKTARIN TARİXÇƏSİ
“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
Biznes tarixi 25 Mart 2023
“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 4 Mart 2023
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Bərdədə oturub Amerikaya məhsul satmaq - Milyonlar qazanan da var, davam etməyən də - Dropshipping necə işləyir? - MÜSAHİBƏ
Biznes tarixi 27 Fev 2023
Bərdədə oturub Amerikaya məhsul satmaq - Milyonlar qazanan da var, davam etməyən də - Dropshipping necə işləyir? - MÜSAHİBƏ
Bankda işləyib, «gül kimi qazanır»dı, işdən çıxıb 10 manata şirkət qurdu – BAZAR DƏYƏRİ 3 MİLYON DOLLARDIR
Biznes tarixi 16 Fev 2023
Bankda işləyib, «gül kimi qazanır»dı, işdən çıxıb 10 manata şirkət qurdu – BAZAR DƏYƏRİ 3 MİLYON DOLLARDIR
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Biznes tarixi 13 Yan 2023
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Biznes tarixi 19 Dek 2022
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azerbaijan Coca - Cola Bottlers" işçi axtarır - VAKANSİYA
    21:04 1 İyun 2023
  • "Bakı Çayçəkici" işçilər axtarır - MAAŞ 1100-1300-2000-2500 MANAT - VAKANSİYALAR
    21:01 1 İyun 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:58 1 İyun 2023
  • Gürcüstanda işləmək üçün işçi axtarılır - VAKANSİYA
    20:51 1 İyun 2023
  • Əliyev-Paşinyan görüşünün nəticəsi barədə - MƏTBUATA AÇIQLAMA
    20:36 1 İyun 2023
  • "Ziraat Bank Azərbaycan" ASC işçilər axtarır - VAKANSİYALAR
    20:32 1 İyun 2023
  • Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYALAR
    20:30 1 İyun 2023
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    20:26 1 İyun 2023
  • "Trawell Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:23 1 İyun 2023
  • "Azprotein Foods Group" işçi axtarır - MAAŞ 600-800 MANAT - VAKANSİYA
    20:19 1 İyun 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 700+ MANAT - VAKANSİYA
    20:16 1 İyun 2023
  • "Norm Sement" işçi axtarır - VAKANSİYA
    20:14 1 İyun 2023
  • “App Store”da il ərzində satışlar - $1,1 TRİLYONU KEÇDİ
    19:33 1 İyun 2023
  • Azərbaycanda 100-dən artıq internet provayderi var - NAZİRLİK AÇIQLADI
    19:31 1 İyun 2023
  • Lerikdə əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb - VİDEO
    19:22 1 İyun 2023
  • Oğuza diametri 25-30 millimetr olan dolu yağıb
    19:18 1 İyun 2023
  • “İnkişaf üçün Maliyyə” BOKT sürətlə böyüyür – MƏNFƏƏTİ 4 DƏFƏ ARTIB - HESABAT
    18:20 1 İyun 2023
  • Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinini - GÖRÜŞÜ BAŞLADI
    18:17 1 İyun 2023
  • Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - ŞƏRTLƏR
    18:11 1 İyun 2023
  • Azərbaycanda uçota alınan internet operator və provayderlərin sayı - MƏLUM OLUB
    18:02 1 İyun 2023
  • Bank VTB (Azərbaycan) - TENDER ELAN EDİR
    17:55 1 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:50 1 İyun 2023
  • Yelo Bank-ın dəstəyi ilə Gəncədə Uşaqlar Günü - QEYD EDİLDİ
    17:33 1 İyun 2023
  • Sumqayıtdakı məşhur müəssisə - HƏRRACA ÇIXARILDI - 4 MİLYON MANAT ÖDƏNİŞ EDİLMƏLİDİR
    17:27 1 İyun 2023
  • 246 min manatlıq elektrik malları sifarişi "Xəzər İnşaat KO" şirkətinə verildi
    17:27 1 İyun 2023
  • Xaricdə təhsil alan daha - 102 nəfərin diplomu tanınmayıb
    17:23 1 İyun 2023
  • "Amrahbank" ASC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:17 1 İyun 2023
  • Hər ağac 40-50 kq məhsul verir, 1 kiloqramının - QİYMƏTİ 2 MANATDIR - XARİCƏ SATACAQLAR
    17:10 1 İyun 2023
  • Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi - TENDER ELAN EDİR
    17:09 1 İyun 2023
  • Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb – MƏBLƏĞLƏR
    17:09 1 İyun 2023
  • Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
    16:58 1 İyun 2023
  • Azərbaycanda indiyə qədər özəlləşdirilən dövlət əmlaklarının sayı - AÇIQLANDI
    16:53 1 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:48 1 İyun 2023
  • Azərbaycanın Ukraynada - ŞƏRAB ZAVODU VAR
    16:44 1 İyun 2023
  • Rabitəbank uşaq evini - ZİYARƏT ETDİ
    16:36 1 İyun 2023
  • Dövlət agentliyi yeməkxana ləvazimatları alır - TENDER ELANI
    16:33 1 İyun 2023
  • VTB (Azərbaycan) kredit kampaniyasının - MÜDDƏTİNİ UZATDI
    16:27 1 İyun 2023
  • “Aqrar Fresh Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:25 1 İyun 2023
  • SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur - FOTOLAR
    16:20 1 İyun 2023
  • Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO
    16:15 1 İyun 2023
  • "DOST" Agentliyi auditor seçib - TENDER NƏTİCƏSİ
    16:13 1 İyun 2023
  • "Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək"
    15:58 1 İyun 2023
  • Rusiyada Prezident aparatının əməkdaşlarına iPhone-dan istifadə - QADAĞAN OLUNUB
    15:51 1 İyun 2023
  • “Em Group SS" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    15:47 1 İyun 2023
  • 29 yaşlı oğlanın büdcəyə 2 milyon yarım borcu necə yaranıb? - MƏHKƏMƏ
    15:43 1 İyun 2023
  • 283 min manatlıq tender "Kaskad Hidro M" şirkətinə verildi
    15:40 1 İyun 2023
  • Azər Türk Bank uşaqlar üçün atb Junior kartını - TƏQDİM EDİR
    15:34 1 İyun 2023
  • "Aqro Təchizat Servis” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:31 1 İyun 2023
  • Bakı Baş Səhiyyə Mərkəzi 5 - TƏKLFİLƏR SORĞUSU ELAN EDİR
    15:25 1 İyun 2023
  • İnnovativ mükəmməlliyin tanınması: SAMSUNG 17-ci ildir ki, qlobal TV bazarına - LİDERLİK EDİR
    15:24 1 İyun 2023
  • Laçın Suvarma Sistemləri İdarəsinin tenderi - LƏĞV OLUNDU - SƏBƏB
    15:13 1 İyun 2023
  • ETSN: Köhnə avtomobillər 300-350, yeni avtomobillər 100-120 qram zərərli maddə buraxır
    15:12 1 İyun 2023
  • Rövşən Nəcəf: "SOCAR neft və qaz hasilatına investisiyaları artırıb"
    15:03 1 İyun 2023
  • “Clear”in sahibinin 2,3 milyonunu ələ keçirənə - AĞIR CƏZA
    14:58 1 İyun 2023
  • "Azsertcenter" MMC Azərbaycan Akkreditasiya Mərkəzini - MƏHKƏMƏYƏ VERİB - SƏBƏB
    14:50 1 İyun 2023
  • Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək - ÜNVANLAR
    14:48 1 İyun 2023
  • “Ricon” MMC-yə 151 manatadan çox sifariş – TENDER NƏTİCƏSİ
    14:42 1 İyun 2023
  • “GL LTD” neft-qaz şirkətində - TƏYİNAT
    14:42 1 İyun 2023
  • Azərbaycana gətiriləcək işlənmiş avtomobillər üçün utilizasiya haqlarının ilkin məbləğləri - AÇIQLANIB
    14:37 1 İyun 2023
  • Milli Məclis - TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
    14:31 1 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!