Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

150 illik ailə bankı və ya ailənin başçısı, şirkətin də başçısıdırmı? - Türkiyədə ailə şirkətləri - BELƏ İDARƏ OLUNUR

150 illik ailə bankı və ya ailənin başçısı, şirkətin də başçısıdırmı? - Türkiyədə ailə şirkətləri - BELƏ İDARƏ OLUNUR | FED.az
19:23 1 May 2021

DİQQƏT: Bu məqalənin digər resurslarda çap edilməsi qadağandır

Türk iqtisadiyyatında sayı az da olsa, Osmanlı İmperatorluğu dövründə qurulmuş və Türkiyə Cümhuriyyətinin quruluşuna şahidlik etmiş şirkətlər var.

FED.az xəbər verir ki, iqtisadi həyatda hər il minlərlə şirkət qurulur, minlərlə şirkət də müxtəlif səbəblərlə iflas edir. Bəzi markalar isə əsrlərə meydan oxuyur. İndi Türkiyədə təxminən 3 milyon şirkət (anonim və limited də daxil olmaqla) var. Bu şirkətlərin yüzdə 85-i 1996-cı ildən sonra, 65%-i isə 2000-ci ildən sonra qurulub.

Eləcə də bax: Türkiyənin ən böyük vergi ödəyiciləri açıqlandı – ADLAR, MƏBLƏĞLƏR

Birinci nəsil qurar, ikinci idarə edər, üçünü nəsil  batırar...

"Birinci nəsil qurar, ikinci qurşaq idarə, üçüncü nəsil da batırır" sözünün tez-tez istifadə edildiyi Türk iqtisadiyyatında bir ailə şirkətinin ortalama ömrü 25 ildir. Türkiyənin ən köhnə markalarının əhəmiyyətli hissəsi qida sektorunda fəaliyyət göstərir. Türkiyədə 100-cü ilini aşırdan şirkət sayının az olmasının əsas səbəblərindən biri Osmanlıdan Türkiyə Cümhuriyyətinə  keçid prosesində mövcud şirkətlərin çoxunun fəaliyyətini dayandırmasıdır.

Ailəmin şirkəti – necə qurulur?

Mövzuya «ailə şirkəti necə qurulur?» sualıyla başlayaq.

Əvvəla qeyd edək ki, şirkətin adı ilə ailənin adı və prsteji birgə gəlir. Dünyada və ölkəmizdə mövcud şirkətlərin əksəriyyətini də ailə şirkətləri təşkil edir. Bu vəziyyət, ailə şirkətlərinin getdikcə daha çox yayılmasına, məşhurlaşmasına və diqqət mərkəzinə çıxmasına səbəb olur. Çünki sürətlə dəyişən dünyamızda bazarlar köhnə klassik quruluşunu itirərkən, istehsal formaları da sürətlə dəyişir. Bunlara paralel olaraq pulun qazanılması, qorunması və investisiyaya çevrilməsi prosesi də getdikcə daha kompleks bir hal almaqdadır.

Nəzərə alanda ki, hazırda məlumat tufanı istənilən şəxsə zərbə vura bilər, ailə şirkətlərinin işlərinin o qədər də asan olmadığı aydın olur. Məhz bunun nəticəsidir ki, araşdırmalara görə, qurulan hər 100 ailə şirkətinin təxminən 80-i dağılır və yox olur. 

Duyğularla biznesin birləşdiyi yer

Ailə şirkətlərindəki çətinliklərin təməlində duran əsas səbəb odur ki, ailə - dəyərlərin, duyğuların hakim olduğu bir yerdir. Şirkətdə isə əksinə, duyğular deyil, məntiq və qaydalar hakimdir. Buna görə də, ailə ilə şirkətin birləşməsi, yəni ailənin bir şirkət qurması, duyğularla məntiqin sıx ünsiyyətini tələb edir.

Hərçənd, biznesin sahibi ailə olduğu üçün, bir çox təşkilatda biznes ailənin qaydaları ilə idarə edilir. Yəni ailə hakimdir və verilən qərarlarda duyğular, ailənin dəyərləri, gözləntiləri, istəkləri ciddi rol oynayır.

Ailə, sanki təşkilatın üst təyin edici orqanı, müdiri mövqeyindədir. Bir çox təşkilatda isə əksinə, idarəçilər daha öndədir və nisbətən daha səlahiyyətlidir. Bu vəziyyətdə şirkət duyğularla deyil, qaydalar, obyektivlik və məntiqlə idarə edilir.

Ailənin başçısı, şirkətin də başçısıdırmı?

Ailə şirkətlərində üst səviyyə, rəhbərlik ailə üzvlərindən təyin edilir. Bu mühüm şərtdir və biznesi qorumaq məqsədi daşıyır. Məsələn, rəhbərliyə ailədən kənar şəxs gətirilərsə bu hal ailə içərisində ciddi problemlər yarada bilər. Ona görə də, ailə şirkətlərində payçılar övladlarının gələcəyini qarantiya altına almağa çalışır və hissə faizlərini öz adlarına rəsmiləşdirirlər.

Ailə şirkəti danışmanı, vəkil Hakan Aydogan deyir ki, ailə şirkəti sadəcə atadan ogula davam edən şirkətlər deyil. Onlar yaxın qohumlar, o cümlədən qudalar arasında da qurula bilər. Amma atadan övladlara keçən ailə şirkətləri övladlar arsında tam bölünür. Əgər ata vəfat etməzdən əvvəl hansısa övladına xüsusi əmlak və ya hissə bagışlamayıbsa, o zaman şirkət faizlərlə hissələrə bölünür. Atanın vəsiyyəti və ya tövsiyyəsi əsasında şirkətə yönətici seçilməyibsə bu ya müddətli liderlik olur, ya da ailə üzvləri arasından səsvermə yolu ilə idarəçi seçilir. 

Ailə Şirkətlərinin quruluşuna bir daha baxaq

1. Ailə başçısı şirkətin çox hissəsini özündə saxlayır, daha az hissələr isə qardaşlar, onların övladları və xanımları (və ya yeznə) arasında bölünür.

2. İki qardaş hissələrini birləşdirə, stareji ortaqliq edə bilərlər. Bununla da ailə üzvlərinin digər üzvlərinə (xüsusilə də yeznə və ya gəlinə) söz haqqı vermirlər.

3. Ailə başçısı dünyasını dəyişdikdə isə birləşmiş böyük hissədarlar şirkətdə söz sahibi olurlar.

Ailə şirkətlərinin əksəriyyəti bu prinsiplərlə işləyir. Türkiyədəki şirkətlərin 95%-i, Avropada isə 70%-i ailə şirkətləridir. Dünyada uğurlu ailə şirkətləri nümunələri çoxdur.  "Ford", "Levis", "Michelin", Türkiyədə isə "Koç", "Sabancı", "Bayraktar", «Dogan», «Ülker» və s. kimi böyük və uğurla davam edən ailə şirkətləri var. Amma təəssüf ki, ailə şirkətlərinin çoxu 1-ci nəsildə qurulur, 2 nəsildə isə tədricən yox olur. Üçüncü nəsili yaşayan şirkətlər çox azdır.

Bəs ailə şirkətlərinin dağılmasının səbəbi nədir?

Ailə şirkətləri araşdırmaçısı R.Soylu deyir ki, cox zaman ailə böyüyü quruduğu şirkəti üzərində saxlayır və onu kurumsallamır. Nəticədə şirkət korporativ qaydalarla deyil, sadəcə rəhbərin istəyi ilə idarə edilir.

Məsələn, peşəkarlıqdan uzaq duraraq əsas vəzifələrə dost-tanış təyin edilir, şirkətdə düzgün sistem qurulmur, onun inkişafı dayanır, maliyyə məsələləri düzgün aparılmır: «Bundan sonra ailə içində maddi rəqabət başayır və şirkətdə ailə fərdləri çoxalır. Şirkətin gəlirləri ilə xərcləri üst-üstə düşmür. Eyni zamanda şirkətdəki peşəkar işçilərlə ailə üzvləri arasında soyuq müharibə də başlayır».

Amma bunun əksinə olaraq uğurlu ailə şirkətləri də var. Bəs onların uğurunun sirri nədədir?

1. Ailə üzvləri ilə idarəçilər cox yaxşı dialoq içərisindədir.

2. Çalışanlara qarşı davranışlarda ölçülü və adildirlər.

3. Ailənin adı məhsulla birləşdiyinə görə istehsal edilən məhsulun keyfiyyətinə ciddi diqqət yetirilir.

4. Çevik qərar vermə sistemləri var.

5. Ailə üzvləri davamlı olaraq gördükləri işlə baglı təhsil alır, daha çox öyrənməyə çalışırlar.

6. Şirkət rəhbəri zamanı gələndə liderliyi digər ailə üzvünə ötürməyi bacarır.

Üçüncü nəsilə keçməyən ailə şirkətləri

«Ailə şirkətləri niyə üçüncü nəsilə keçmir?» sualının cavabı əslində sadədir. Atadan qardaşlara keçən ortaqlıq rahat şəkilədə davam etsə də, çox zaman qardaşlardan uşaqlarına keçən ortaqlıq o qədər uğurlu olmur.

Düşünün, qardaşlar və onların uşaqları, kənardan gələn gəlinlər və yeznələr. Qarışıq bir durum ortaya çıxır və dəyişik sərmayələrlə şirkət batır.  Ailə şirkətləri varislik sistemi ilə davam etdiyinə görə ailəyə gələn hər fərdə şirkətdən pay düşür. Kənardan gələn gəlinlə və yeznəylə varidat sözləməsi imzalansa belə, boşanma hallarında qanunla açılan dava əsasında onlara təzminat düşür. Təzminat da təbii olaraq şirkətin mal varlığına uygun hesablanır ki, bu da kiçik rəqəm deyil.

148 illik yaşı olan Traktor şirkəti necə  batdı? 

Türkiyədə 3 nəsilə qədər çatan ailə şirkətlərinin sayı cəmi 4 faizdir. Batan ailə şirkətlərinin 80 faizi isə qurumsallaşmayan şirkətlərdir. Məsələn, türk sənayesinin ən böyük şirkətlərindən biri olan «Uzel»in iflası buna misal ola bilər. 1864-cü ildə qurulan şirkət bir neçə il əvvəl ailə içində yaşanan anlaşmazliqdan sonra  batdı.

Bəs ən böyük traktor istehsalçılarından biri necə oldu ki, iflas etdi?

Əslində, şirkətin problemləri təqribən 50 il əvvəl başlandı. 1961-ci ci ildə şirkətin rəhbəri Serder Uzel vefat edir. Onun ölümündən sonra hissələr 1 ogul və 3  qız arasında bölünür. Ogul Əhməd Uzel və böyük bacıya yüzdə 40, digərlərinə isə yüzdə 10 faiz hissə düşür.

Əvvəlcə şirkətin işləri uğurlu olur – biznes böyüyür və səhmlər təqribən 45% bahalaşır. Amma təqribən 1980-ci illərdə ailələr arasında nifaqlar başlayır. 1998-cı ildə Əhməd Uzel vəfat edir və 2001-ci ildən şirkət üçün agır günlər başlayır. Öndər Uzel bir məqaləsində deyirdi ki, "o dönəm pərişan olduq, satışlar 85 faizə düşdü. 2003-cü ildə ayaga qalxmaga çalışdıq. Dünyanın 10 traktor istehsalçısından biri idik. 2006-cı ildə isə yenidən çətinliklər başladı, şirkətin borcları artdı. 2009-cu ildə artıq tükənmişdik".

2016-cı ildə iflas olduğunu elan edən şirkətin fabriki 225 milyon türk lirəsinə satııdı. İflas masasının qəbul etdiyi borc siyahısına görə isə, Uzel Makinasınin faiz xaric borcu 243,2 milyon lirə idi. Nəticədə şirkət batsa da ailə içində miras davası hələdə başa çatmayıb.

5 nəsil davam edən ailə şirkəti

Amma 5 nəsil davam edən ailə şirkətləri də var. Türkiyənin ən köhnə şirkəti 1777-ci ildə qurulan «Hacı Bəkir lokumlar»dır. Kastamonu Vasitə rayonundan İstanbula gələrək 1777-ci ildə Bahçəqapıda açdığı kiçik şəkərci dükanında, lokum, akide kimi şəkərləri emal edib satmağa başlayan və daha sonra 1817-1820-ci illərdə Həccə gedərək Hacı Bəkir olaraq xatırlanan, Şəkərçi Hacı Bəkir Əfəndi'nin qurduğu şirkət, bu gün beşinci nəsil tərəfindən idarə olunur.

Hacı Bəkir Əfəndinin ingilis müştərilərindən olan bir səyyah, özü ilə ölkəsinə lokum aparır və orada onu "Turkish Delight" adı ilə ikram edir. O gündən indiyədək ingilis dilli ölkələr lokumu "Turkish Delight", Fransa və Balkanlarda isə "Lokoum" adlandırırlar.

Türk iqtisadiyyatının ən köhnə ikinci markası isə 1860-ci tarixində qurulan «İskəndər» şirkəti də qida sektorunda fəaliyyət göstərir. Quzu ətini sinir və sümüklərindən ayıran və ilk dəfə şaquli çubuğa yerləşdirən Mehmetoğlu İskəndər Əfəndinin dönər kababı Türk və dünya mətbəx mədəniyyətində əsrlərdir yer tapır.

150 illik ailə bankı

19-cu əsrin ilk yarısında Osmanlı İmperatorluğunda, ticarət və maliyyə sektorunda qərb modellərinin tətbiqi ilə birlikdə, ölkədə xarici banklar da fəaliyyət göstərməyə başlamışdı. O dövrlərdə ölkədə hələ milli xüsusiyyətə sahib bir bank sisteminin qurulması üçün lazımi qədər sərmayə toplanmamışdı. Ona görə də milli bankların varlığından söz edilmirdi.

İlk bank olaraq Ziraat Bankının quruluşu Mithat Paşanın 1863-ci ildə Pirot qəsəbəsində qurduğu Memleket Sandığı ilə başlayır. Türk ənənələri arasında onsuz da var olan və qarşılıqlı yardımlaşmaya  əsaslanan «imece» ənənəsindən ilhamlanaraq qurulan Memleket Sandığı, 1867-ci ildə "Memleket sandıqları Nizamnaməsi"nin qüvvəyə minməsilə Osmanlı dövlətinin hər yanında fəaliyyətə başladı və uzun illər müvəffəqiyyətlə xidmət göstərdi. 1883-cü ildə eyni məqsədlər istiqamətində "mənafe sandıqları" quruldu, 15 avqust 1888-ci ildə mənafe Sandıqlarının yerinə funksiyalarını boynuna götürəcək müasir maliyyə təşkilatı olaraq Əkinçilik Bankı rəsmi olaraq fəaliyyətə keçdi.

100 illik tarixi olan türk qəhvəsinin əfəndi şirkəti

Türküyədə bir misal var: "Bir qəhvənin 40 il xətri var"... Türkiyədə qəhvə və qəhvə evləri bir növ insanların sosial yaşamının bir parçası olub. Bir mədəniyyət halına gələn türk qəhvəsinə ən sadiq qalan isə 1871-ci ildən ailə şirkəti kimi fəaliyyət göstərən "Kurukahvəci Məhmət Əfəndi"dir. Qeyd edim ki, İstanbulda ilk qəhvə evi 1554-ci ildə açılb. O gündən sonra qəhvə sənət və mədəniyyətin inkişafında böyük rol oynayıb.

Sənətçilər, müəllimlər, tələbələr qəhvə evlərində bir araya gəldi, kitablar oxundu, pyeslər oynanıldı, müxtəlif səpkidə söhbətlər edildi. Özü də təkcə İstanbulda deyil, dünyanın hər yerində qəhvə evləri intellektli insanların görüşmə yeri oldu. Türkiyədə qəhvə dedikdə isə agıla gələn ilk ad "Kurukahveci Mehmet Əfəndi"dir.

Məhmət Əfəndinin keçmişi

Öncə Məhmət Əfəndinin ailə şirkətinin tarixinə göz ataq. 1871-ci ildə Məhmət Əfəndi atasının ciy qəhvə, baharat satan dükanını ondan təhvil alır. Məhmət bey qəhvənin satışında maraqlı yenilik edir – o çiy qəhvəni qovurur, üyüdür və müştərilərinə hazır halda satmaga başlayır. Nəticədə qısa müddətdən sonar quru qəhvəci Məhmət bəyi hamı tanımaga başlaylr. Kicik dükan qısa müddətdə böyüyür. Artıq insanlar məsafələr qət edərək bu qəhvənin dadına baxmağa gəlirlər. Amma qəhvə dükanının əsas sahibi Hulisi əfəndi vaxtsız vəfat edir. Belə olduqda varislər işi birgə idarə etməli olurlar.

Marka dönəmi...

Hulisi əfəndinin qəfil ölümündən sonra qəhvə işinə evin kiçik oglu Əhmət Rza bəy də qoşulur. Əhmət Rza bəy atasından və qardaşından fərqli olaraq xaricdə təhsil almışdı. O bildirir ki, bu biznes səyyar şəkildə deyil, şirkət kimi fəaliyyətə keçməli, üstəlik, həm də reklam edilməlidir. 1933-çü ildə ilk dəfə olaraq şirkətin emblemi, sonra isə keçmişdən bu günə gələn qəhvə tarixi yaranır.

Məhmət  Əfəndinin ölümü 

1931-ci ildə  Mehmet Əfəndi vəfat edir. Amma ogulları atanın işini davam etdirir. Ailənin böyük oglu Hasan Səlahhəddin beynəlxalq toplantılarda iştirak etməyə başlayır. Beləliklə, türk qəhvəsinin xaricə ixracına start verilir. İstanbulun Tahmis küçəsindəki kicik dükanın yerində artıq "art deco" tərzində yeni bina da inşa edilir.

Əvvəlcə bu şirkət "Kurukahveci Mehmet Bey ve Mahdumları" adı ilə işləyirdi. 1934-cü ildə isə ailə rəsmi olaraq Kurukahveci soyadını alır. Qəhvə sektorunda durmadan böyüyən “Kurukaveci Mehmet Efendi”nin missiyası türk qəhvəsini dünyada tanıtmaqdır.

1871-ci ildən indiyədək qəhvə istehsalına bir sənət kimi yanaşan "Kurukahveci Mehmet Efendi" və ailəsi babadan ogula, ustadan şagirdə ötürülərək davam edir. Bu gün Kurukahvecilərin şirkətinin sahibi Məhmət Əfəndinin nəvələri istehsal etdikləri qəhvəni Avropa, Amerika, Asiya və Avstraliya qitəsindəki 50 ölkəyə ixrac edirlər. Beləliklə, uzun illər davam edəcək ailə şirkətini qurmagın ən dogru yolu peşəkarlıqdan keçdi.

Türkiyəyə gələndə mütləq Eminönüdə Kurukaveci Mehmet Efendinin qəhvə evinin önündə ayaq saxlayın. Yorulmadan qəhvə almaq üçün sıranızı gözləyin. Həm tarixə çevrilmiş əsl qəhvənin dad-qoxusunu alacaqsınız, həm də 40 il xətriniz qalacaq...

Banner
Banner
Paylaş

Digər xəbərlər

"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Biznes tarixi 23 İyul 2022
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Milyarder ailənin CV ilə iş axtaran övladı...
Biznes tarixi 23 İyul 2022
Milyarder ailənin CV ilə iş axtaran övladı...
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Biznes tarixi 16 İyul 2022
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Biznes tarixi 25 İyun 2022
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan  azərbaycanlı:  «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
Biznes tarixi 22 İyun 2022
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan  azərbaycanlı:  «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
$10 milyonluq şirkət sahibi: «45 min dollar borcla iş qurub, 3 dəfə müflis olmuşam, amma insanları sevirəm» - MÜSAHİBƏ
Biznes tarixi 3 İyun 2022
$10 milyonluq şirkət sahibi: «45 min dollar borcla iş qurub, 3 dəfə müflis olmuşam, amma insanları sevirəm» - MÜSAHİBƏ
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Biznes tarixi 1 İyun 2022
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
Biznes tarixi 28 May 2022
Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
Türkiyədəki Azərbaycan İş Adamları Birliyi sahibkarları - TƏBRİK EDİB
Biznes tarixi 26 Aprel 2022
Türkiyədəki Azərbaycan İş Adamları Birliyi sahibkarları - TƏBRİK EDİB
“Microsoft”, “Amazon”, indi isə “Facebook”da baş proqramçı - MÜSAHİBƏ
Biznes tarixi 9 Aprel 2022
“Microsoft”, “Amazon”, indi isə “Facebook”da baş proqramçı - MÜSAHİBƏ
Nazirlikdəki işindən imtina edib küçədə - KOFE SATMAĞA BAŞLADI
Biznes tarixi 7 Aprel 2022
Nazirlikdəki işindən imtina edib küçədə - KOFE SATMAĞA BAŞLADI
"Veysəloğlu" bu səbəblərə görə duru yağın - QİYMƏTİNİ ARTIRACAQ - AÇIQLAMA
Biznes tarixi 6 Aprel 2022
"Veysəloğlu" bu səbəblərə görə duru yağın - QİYMƏTİNİ ARTIRACAQ - AÇIQLAMA
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Prezident bu rayona icra başçısı - TƏYİN ETDİ - SƏRƏNCAM
    12:01 11 Avq 2022
  • "Rabita Mobile” ilə ödəniş - BONUSLAR QAZANDIRIR!
    11:45 11 Avq 2022
  • “Ryanair” ucuz bilet satışını - DAYANDIRACAQ
    11:41 11 Avq 2022
  • Bakıda abadlaşdırma işləri başlayır – BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR
    11:24 11 Avq 2022
  • "Azər Türk Bank" gənclər üçün yeni təcrübə proqramına - BAŞLAYIR
    11:20 11 Avq 2022
  • Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - VİDEO
    11:17 11 Avq 2022
  • Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşıb - FOTO
    11:10 11 Avq 2022
  • “Kontakt”ın “Böyük Ad Günü festivalı” və böyük endirimlər - BAŞLAYIR
    11:04 11 Avq 2022
  • ABŞ-da ət məhsullarının tərkibində raktopamin aşkar edilib - ÇİN İDXALI DAYANDIRDI
    11:00 11 Avq 2022
  • İpoteka ilə bağlı qaydalar sərtləşdirilir - VİDEO
    10:55 11 Avq 2022
  • Dollar major valyutalar qaşısında ucuzlaşıb - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
    10:47 11 Avq 2022
  • Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
    10:35 11 Avq 2022
  • “Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini - YÜKSƏLDİB
    10:30 11 Avq 2022
  • Avropada qazın qiyməti 2 210 dolları - KEÇİB
    10:27 11 Avq 2022
  • Rusiyada inflyasiya - DÜŞÜB
    10:21 11 Avq 2022
  • Azərbaycanda beynəlxalq avtomobil daşıyıcılarının sayı 3 dəfəyə yaxın - ARTIB
    10:16 11 Avq 2022
  • Yarıdan çoxu Rusiya bazarlarına göndərilir - FOTO
    10:09 11 Avq 2022
  • Riyad Əliyevin əmlaklarını kim ələ keçirib? - ARAŞDIRMA BAŞLADI
    09:49 11 Avq 2022
  • «Az-Pack» qablaşdırma məhsulları şirkəti kiçilib, satışı 3 dəfə azalıb – ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
    09:48 11 Avq 2022
  • "Tesla" bu il "Semi" elektrik yük avtomobilinin tədarükünə - BAŞLAYACAQ
    09:45 11 Avq 2022
  • İş adamlarına açıq məkanda reklam şərtləri - İZAH EDİLİB - TOPLANTI - FOTOLAR
    09:39 11 Avq 2022
  • "Satınalan təşkilatın podratçı tərəfindən nümunələrin təqdim edilməsini tələb etməsi qeyri-qanunidir"
    09:28 11 Avq 2022
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:24 11 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:19 11 Avq 2022
  • "Bakı Toxucu" şirkətinə - SƏDR SEÇİLƏCƏK
    09:17 11 Avq 2022
  • Bu ölkələrə səfər etmək - TƏHLÜKƏLİDİR
    09:11 11 Avq 2022
  • “Moody's” SOCAR-ın reytinqini yüksəldib - AGENTLİKDƏN AÇIQLAMA
    09:04 11 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:02 11 Avq 2022
  • Dövlət qurumu yanğınsöndürmə avadanlığı alır – MÜSABİQƏ ELANI
    08:40 11 Avq 2022
  • "Bona Dea International Hospital" işçi axtarır - VAKANSİYA
    20:59 10 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    20:50 10 Avq 2022
  • "A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
    20:47 10 Avq 2022
  • "Sabah Group" ASC axtarır - MAAŞ 600-800 AZN - VAKANSİYA
    20:45 10 Avq 2022
  • "Golden Pay" işçi axtarır - VAKANSİYA
    20:43 10 Avq 2022
  • "Unilever Azerbaijan" işçi axtarır - VAKANSİYA
    20:40 10 Avq 2022
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    19:47 10 Avq 2022
  • Azərbaycanın məşhur pivə sirkəti - İŞÇİLƏR AXTARIR - VAKANSİYALAR
    19:38 10 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    19:29 10 Avq 2022
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    19:25 10 Avq 2022
  • Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi - FOTO
    18:30 10 Avq 2022
  • "Qarabağ" klubunun futbolçularının qiyməti 1 mln. avronu keçib - SİYAHI - ADLAR - MƏBLƏĞ
    18:11 10 Avq 2022
  • “Transneft” “Drujba”nın cənub qolu vasitəsilə Avropaya neftin nəqlinə - BAŞLAYIB
    18:06 10 Avq 2022
  • Azərbaycanda audit xidmətinə minimum qiymət tətbiq ediləcək –  AUDİTORLAR ÜÇÜN MÜHÜM YENİLİK
    17:59 10 Avq 2022
  • Bakıda "Yüngül cinayətlər" restoranında yanğın - BAŞLAYIB
    17:54 10 Avq 2022
  • “Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
    17:48 10 Avq 2022
  • Azərbaycanda ucuz qiymətə auditor xidməti göstərmək - QADAĞAN EDİLƏCƏK – YENİ LAYIHƏ
    17:43 10 Avq 2022
  • Balasanyan azərbaycanlı generallara - SÖZ VERDİ
    17:39 10 Avq 2022
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:27 10 Avq 2022
  • «Ağ Şəhər»də işləyən şirkət Ağdamda – «NOVOSTROYKA» TİKİR KVADRATI 1250 MANATA
    17:11 10 Avq 2022
  • Bakı ilə Dehli arasında birbaşa uçuşlar başlayıb - FOTO
    16:52 10 Avq 2022
  • Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaqlar - RƏSMİ
    16:46 10 Avq 2022
  • Azərbaycanda auditor xidmətlərinin dəyərinin minimum hədləri - DƏYİŞDİRİLƏCƏK
    16:40 10 Avq 2022
  • Yoluxanların sayı 530-u keçdi - 6 NƏFƏR VƏFAT ETDİ
    16:33 10 Avq 2022
  • Bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvləri saxlanılıb - FOTO - VİDEO
    16:21 10 Avq 2022
  • “Aztelekom” da internet paketinin qiymətini - ARTIRDI
    16:14 10 Avq 2022
  • Bakı aeroportunun enerji təchizatında fasilələr - YARANIB
    16:12 10 Avq 2022
  • "Moody's" SOCAR-ın reytinqini - YÜKSƏLDİB
    16:07 10 Avq 2022
  • "Baktelecom" internet paketlərinin qiymətini - 50 FAİZ ARTIRDI
    16:03 10 Avq 2022
  • Xankəndi nəzarətə götürüldü - VİDEO
    15:55 10 Avq 2022
  • Dövlət qurumu avadanlıq, bərk və yumşaq inventarlar alır – BÖYÜK TENDER ELAN EDİLDİ
    15:51 10 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.