Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

Azərbaycan səfiri Britaniya Kralından niyə borc istəmişdi? - TARİX

Azərbaycan səfiri Britaniya Kralından niyə borc istəmişdi? - TARİX | FED.az
13:29 9 İyun 2018

Azərbaycan Xalq Cümhuriyyətinin aprel ayında işğalı Azərbaycanı xaricdə təmsil edən rəsmiləri ölk ilə əlaqəsiz qoydu. Onların bir çoxu fəaliyyətlərinə davam etməyə cəhd etdilər, lakin maddi çətinliklər qısa müddətdə öz təsirini göstərməyə başladı. FED.az portalı BBC-Azərbaycancaya istinadən həmin dövrün olduqca maraqlı yazışmalarını təqdim edir.  


Növbəti məktublar və qeydlər, AXC-nin İrana səfiri Adil xan Ziyadxanovun yaşadıqları çətinlikləri və Britaniyanın İrandaki rəsmilərinin onunla əlaqələrini göstərir.

Ziyadxanla əlaqə saxlayan ən mühüm rəsmilər Britaniyanın İrandakı baş təmsilcisi, İran üzrə nazir, Herman Norman və Britanıyanın Tehrandaki konsulu Thomas Wolseley Haig-dir.

Onlara məktublarının farsca hazırlanmasında kömək edən şəxs isə Nəvab Sahibdir.

 

İlk sənəd, Britaniyalı rəsmilər arasında Adil xan Ziyadxanın Əlimərdan bəy Topçubaşova müraciətinin müzakirəsidir:

Britaniyalı rəsmilərin müzakirəsi

Nazir,

Əlbəttə ki, biz Əlimərdan bəy Topçubaçova XİN vasitəsilə bir teleqram göndərə bilərik, lakin sualım budur ki, Adil xan Ziyadxan bizim bu xidmətimizə layiqdirmi? Onun bolşeviklərlə fəal əməkdaşlıqda olmasına dair şübhələr var.

Thomas Wolseley Haig, oktyabrın 18-i 1920

Polkovnik Haig,

Məncə, bu mümkün deyil. Biz güman edirik ki, onun Azərbaycanın keçmiş hökumətilə heç bir əlaqəsi yoxdur və pulu tamamilə tükənib. Üstəlik, onun qardaşını yenicə qətlə yetiriblər. Bu isə əmkədaşlığın bir əlaməti deyil.

Xahiş edirəm, biz teleqramı göndərmək barədə qərarımızı verməmişdən əvvəl bu məsələni mənimlə müzakirə et.

Smart-la danışın. Mən Adil xanla söhbət edərkən, o da orada idi. Düşünrəm ki, Adil xan mənə qulaq asacaq.

Herman Norman, oktyabrın 18-i 1920


Londona müraciət

Londona teleqramın qarası

Xarici İşlər naziriliyinə, London

Nö. 702

Xahiş edirəm ki, Azərbaycan Respublikasının nümayəndəsi Əli Mərdan bəy Topçubaşova bildirəsiniz ki, Azərbaycanın buradakı nümayəndəliyi son altı ay ərzində hökumətilə əlaqələri kəsildiyinə görə maddi çətinliklər çəkir və artıq ciddi borc içindədir.

Azərbaycan Respublikasının İrana nümayəndəsi Adil xan Ziyadxan Topçubaşovdan xahiş edir ki, ya Azərbaycan hökumətinin fondundan ya da ki, Azərbaycanla Birləşmiş Krallıq arasında neft ticarətindən əldə edilən gəlirlərdən, ya da ki, başqa bir mənbədən ona pul göndərsin. Bununla, o, hazırkı çətinliklərin üzərindən çıxıb, nümayəndəliyin vəzifəsini yerinə yetirməyə davam edə biləcək.

Thomas Wolseley Haig - oktyabrın 21-i 1920


Londondan cavab

Göndərilib: 27 oktyabr 1920

Qəbul olunub: 31 oktyabr 1920

Curzon London.

702 nömrəli teleqramınıza cavab.

Cənab Topçubaşovun öz pulu artıq az qala tükənib. Kral Hökumətinin maliyyə nazirliyi Azərbaycana olduğu borclarından Azərbaycanın keçmiş hökumətinə dəstək verməkdən imtina edib.

Britaniyalı rəsmilərin qeydləri:

Nazir,

Məncə biz artıq ilk cümlənin məlumatını Adil xan Ziyadxana ötürə bilərik. İkinci cümlənin məlumatını ötürməyə ehtiyac yalnız onun sizdən pul xahiş etdiyi halda yaranacaq.

Thomas Wolseley Haig oktyabrın 31, 1920

Razıyam.

Herman Norman - oktyabrın 31, 1920

Nəvab Sahib,

Xahiş edirəm, nazirin imzası üçün Adil xan Ziyadxana bir məktub hazırla. Məktubda ona bildir ki, Topçubaşovun ona kömək etməyə imkanı yoxdur, çünki onun özünün pulu az qala tükənib.

Thomas Wolseley Haig - noyabrın 1-i, 1920

Thomas Wolseley Haig
Fotonun müəllifiNATİONAL PORTRAİT GALLERY LONDON
Image captionThomas Wolseley Haig

Adil xan Ziyadxanın məktubu

Adil xandan, Azərbaycan Respublikasının nümayəndəsindən cənab Normana.

Okytabrın 31-i 1920.

Əziz dost və hörmətli əməkdaş,

Mən nümayəndəliyimin maddi vəziyyəti barədə sizi məlumatlandırmağı lazım sayıram. Son vaxtlar baş vermiş hadisələr səbəbindən, nümayəndəliyimlə hökumətim arasında əlaqələr 1920-ci il aprelyin 27-dən bəri kəsilibdir. Siyasi və hərbi hadisələr və oradaki vəziyyət bu əlaqələrin tezliklə bərpa olunmasına ümid bəsləməyimə imkan vermir. Son 6 ay ərzində mən hökumətimdən pul almamışam.

Maddi çatışmazlığa görə nümayəndəliyim dözülməz çətinliklərlə üzləşməkdədir.

Nümayəndəliyim lazımi xərcləri üçün bu məktuba əlavə etdiyim siyahıda qeyd olunan müxtəlif şəxslərdən borc almağa məcbur olub. Mən öz şəxsi xərclərim üçün də borc almağa məcbur qalmışam.

Yuxarıdaki səbəblərə görə, iyulun 1-i və oktyabrın 1-i nümayəndəlik bəzi işçilərini işdən çıxarmağa məcbur qalıb.

Nümayəndəliyin maddi vəziyyəti qeyri-qənaətbəxşdir və onun üç cürə kreditoru var: nümayəndəliyə borc verənlər, mənə borc verənlər və nümayəndəliyin icarəyə götürdüyü evlərin sahibləri. Kreditorlar məni narahat edirlər.

Son vaxtları İran hökumətinin mənə, şəxsi xərclərim üçün, hər ay 400 ts (tümən - red.) ödəməsi üzrə razılıq əldə edilmişdi, lakin bu məbləğ hələ ki, ödənməyib. Mövcud olan çətinliklər və hərbi xərclərə görə İran hökumətinin, nümayəndəliyin borclarının öhdəsindən gəlmək üçün mənə ödəməyə kifayət qədər pulu yoxdur.

Britaniyanın nümayəndəliyi vasitəsilə Azərbaycanın Londondakı nümayəndəsi Topçubaşova teleqram göndərilib ki, mümkünsə mən pul göndərsin.

Yuxarıda qeyd etdiyim vəziyyətə görə, xərclərimi ödəmək üçün özümü sizdən borc götürməyə məcbur sayıram. Mənim hökumətimin Britaniya ilə keçmişdə yoldaşcasına və ticarət əlaqələri olub və gələcəkdə də olacaq.

Ona görə də mən sizdən əlavədə qeyd olunan məbləği, 132390 kranı, ya nümayəndəliyin büdcəsindən, ya da ki, nümayəndələrdən mənə borc olaraq verilməsi üçün sifariş etmənizi xahiş edirəm. Heç bir şübhəm yoxdur ki, hökumətim bu məbləği öz təşəkkürü ilə sizə qaytaracaq və mərhəmətinizi unutmayacaq.

Hörmətlə,

Adil xan Ziyadxan

Britaniyalı rəsmilərin qeydləri:

Nazir,

Biz artıq ona XİN-in teleqramının ikinci hissəsindəki məlumatl verməli olacağıq.

Thomas Wolseley Haig, noyabrın 1-i 1920

Bəli, amma mən yazıq kişiyə kömək edə bilmədiyimdən təəssüflənirəm. Bəlkə biz onu da qeyd etməliyik ki, ona kömək etməyə burada da maddi mənbəmiz yoxdur.

Herman Norman - noyabrın 1-i, 1920


Adil xan Ziyadxanın ikinci məktubu

Adil Xan Ziyadxandan Kral Hökumətinin Nazirinə

Noyabrın 7-i 1920.

Mən sizin ayın 2-i ünvanlanmış məktubunuzu aldığımı şərəflə təsdiqləmək istəyirəm.

Mən çox yaxşı anlayıram ki, sizi səfirliyimin və özümün maddi vəziyyətimlə narahat etməyə heç bir hüququm yoxdur. Lakin hazırkı, narahatedici durumda sizə müraciət etməyə məcburam. Bu səbəbdən sizdən üzr istəyirəm.

Londondaki təmsilçimiz Topçubaşovdan köməyə ümidimiz demək olar ki, yoxdur, çünki siz məktubunuzda qeyd etdiyiniz kimi, onun özünün pulu demək olar ki, sona çatıb.

Sizdə mənə kömək ola biləcək bir maddi imkan olmadığına görə və bizim səfirliyin ciddi maddi çətinliklərini nəzərə alaraq, sizdən xahiş edirəm ki, Kral Hökumətinin Xarici İşlər Nazirliyinə Daimi Katibinə telefonla zəng edərək oktabyrın 31-i göndərdiyim məktubda qeyd etdiyim məbləği, mümkünsə mənə borc olaraq göndərməsini xahiş edəsiniz.

Mən əminəm ki, Kral Hökuməti, dost bir ölkənin hökumətilə əlaqə saxlamağa imkanı olmadığına görə, bu ölkənin missiyasının maddi çətinliklərlə üzləşməsinə yol verməyəcək.

Hörmətlə,

Adil xan Ziyadxan

Britaniyalı rəsmilərin qeydləri:

Nazir,

A hərfilə qeyd etdiyim hissəyə gəldikdə, düşünürəm ki, artıq Adil Xana deməliyik ki, biz buna cəhd etdik, amma uğursuz olduq.

Thomas Wolseley Haig - noyabrın 8-i, 1920

XİN həqiqətən də onlara müraciət çatmadan əvvəl pul gödərməkdən imtina edib? Əgər belədirsə, bəlkə biz də onlara müraciət edək ki, sonra bunu etdiyimizi deyə bilək. Düzdür əlbəttəki onlar bundan imtina edəcəklər.

Herman Norman, noyabrın 8-i, 1920

Teleqram 70 Nö. 740 - noyabrın 11-i, 1920 və Nəvab Sahib,

Lütfən mənim imzam üçün Azərbaycanın nümayəndəsinə, onun müraciətini aldığımı bildirən və bu xahişi öz hökumətimə göndərdiyimi təsdiqləyən bir məktub hazırla (fars dilində).

Herman Norman, noyabrın 11-i, 1920


Herman Normanın müraciəti

Tehran, noyabrın 11-i, 1920

Sizin 519 nömrəli teleqramınıza cavab.

Azərbaycan nümayəndəsi xahiş edir ki, Kral Hökuməti ona borc olaraq 132390 kran köçürək. Onun səhhəti pis olduğuna görə, bu xahişinə etiraz etmək istəmirəm.

Mən onun etibarlı olduğuna inanıram və onun tamamilə xoşniyyətli bir insan olduğunu bilirəm.

Herman Norman


İmtina

Göndərilib: noyabrın 18-i, 1920Qəbul olunub: noyabrın 21-i, 1920

Curzon, London.

740 nömrəli teleqrama cavab.

Biz belə bir borcu təsdiqləyə bilmərik.

Britaniyalı rəsmilərin qeydləri:

Nazir,

Bu xəbəri Azərbaycanın nümayəndəsinə farsca bir məktubda çatdıra bilərəmmi?

Thomas Wolseley Haig, noyabrın 21-i, 1920

Lütfən.

Herman Norman, noyabrın 22-i, 1920

Nəvab Sahib,

Lütfən nazirin imzası üçün farsca bir məktub hazırla. Məktubda mümkün olduqca nəzakətlə Adil xan Ziyadxana bildir ki, Kral Hökuməti, onun noyabrın 7-i ünvanlandırdığı məktubda qeyd etdiyi borcu təsdiqləmək niyyətində deyil.

Thomas Wolseley Haig, noyabrın 23-ü, 1920

Banner
Banner
  • AXC
  • Britaniya
  • biznes tarixi
Paylaş

Digər xəbərlər

“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
Biznes tarixi 25 Mart 2023
“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 4 Mart 2023
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Bərdədə oturub Amerikaya məhsul satmaq - Milyonlar qazanan da var, davam etməyən də - Dropshipping necə işləyir? - MÜSAHİBƏ
Biznes tarixi 27 Fev 2023
Bərdədə oturub Amerikaya məhsul satmaq - Milyonlar qazanan da var, davam etməyən də - Dropshipping necə işləyir? - MÜSAHİBƏ
Bankda işləyib, «gül kimi qazanır»dı, işdən çıxıb 10 manata şirkət qurdu – BAZAR DƏYƏRİ 3 MİLYON DOLLARDIR
Biznes tarixi 16 Fev 2023
Bankda işləyib, «gül kimi qazanır»dı, işdən çıxıb 10 manata şirkət qurdu – BAZAR DƏYƏRİ 3 MİLYON DOLLARDIR
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Biznes tarixi 13 Yan 2023
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Biznes tarixi 19 Dek 2022
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Biznes tarixi 11 Dek 2022
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 6 Dek 2022
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Biznes tarixi 28 Okt 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Biznes tarixi 14 Okt 2022
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Biznes tarixi 25 Avq 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Sabahın hava proqnozu - AÇIQLANDI
Biznes tarixi 18 Avq 2022
Sabahın hava proqnozu - AÇIQLANDI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "PASHA Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:03 25 Mart 2023
  • "AzeriMed" QSC işçilər axtarır - MAAŞ - 400-450-500-600-1000-1500 MANAT - VAKANSİYALAR
    20:54 25 Mart 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
    20:48 25 Mart 2023
  • "Camal LTD" işçilər axtarır - MAAŞ 600-800-1000-1200 MANAT - VAKANSİYALAR
    20:42 25 Mart 2023
  • Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
    20:22 25 Mart 2023
  • XİN Laçın dəhlizi ilə bağlı - BƏYƏNAT YAYDI
    20:15 25 Mart 2023
  • Düşmənin Füzuli istiqamətində səngər qazmasının qarşısı alınıb
    20:10 25 Mart 2023
  • Daha xəbərdarlıq olmayacaq! - Ordumuz hansı yolları nəzarətə götürdü?
    19:53 25 Mart 2023
  • Azərbaycan Ordusu Laçında zəruri nəzarət tədbirləri həyata keçirdi
    19:45 25 Mart 2023
  • Mobil terminal, planşet və printer avadanlıqlarının alınması - TENDER ELANI
    17:46 25 Mart 2023
  • "Vitamin VİO" MMC "TC Şirkəti" MMC ilə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    17:41 25 Mart 2023
  • "Multipack" şirkəti "Prestij-Kİmya" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:38 25 Mart 2023
  • Mühafizə xidmətinin alınması ilə bağlı - TENDER ELANI
    17:30 25 Mart 2023
  • "Qurman Plyus" yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:18 25 Mart 2023
  • Azərbaycanda armatur istehsalı son bir ildə 57%-dən çox azalıb
    17:09 25 Mart 2023
  • Dövlət qurumu "Hanse" MMC-ni - MƏHKƏMƏYƏ VERİB
    17:06 25 Mart 2023
  • Azərbaycanda polad tökmə istehsalı son bir ildə 16%-dən çox azalıb
    16:57 25 Mart 2023
  • Bakı Şəhər Lokal Baş Gəlirlər İdarəsi yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
    16:46 25 Mart 2023
  • Təlimlərin keçirilməsinin satınalınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:39 25 Mart 2023
  • Azərbaycanda tikinti kərpiclərinin istehsalı son bir ildə 26%-dən çox azalıb
    16:28 25 Mart 2023
  • Yumşaq inventarların alınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:19 25 Mart 2023
  • Azərbaycanda sement istehsalı 5%-ə yaxın azalıb
    16:10 25 Mart 2023
  • "Azərkosmos" Agentliyi - TENDER ELAN ETDİ
    16:02 25 Mart 2023
  • "Champion İZ" borca görə - MƏHKƏMƏYƏ VERİLİB
    15:52 25 Mart 2023
  • Naxçıvan Muxtar Respublika Xəstəxanası - TENDER ELAN ETDİ
    15:43 25 Mart 2023
  • "Gilan Vegetables" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    15:31 25 Mart 2023
  • Lildən təmizlənmə və sahilbərkitmə işləri ilə bağlı - TENDER ELANI
    15:21 25 Mart 2023
  • Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
    14:06 25 Mart 2023
  • Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifədən - AZAD EDİLİB
    13:56 25 Mart 2023
  • Sabunçu Tibb Mərkəzinə yeni direktor - TƏYİN EDİLDİ
    13:42 25 Mart 2023
  • Buğda və düyü idxalı - ARTIB
    13:31 25 Mart 2023
  • Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
    13:23 25 Mart 2023
  • Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
    13:19 25 Mart 2023
  • Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
    13:12 25 Mart 2023
  • Rublun ucuzlaşacağı gözlənilir - MƏZƏNNƏYƏ TƏZYİQ GÖSTƏRƏN ƏSAS AMİLLƏR
    13:06 25 Mart 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    13:04 25 Mart 2023
  • İyunda Astanadan Bakıya birbaşa təyyarə reysi açılır
    12:57 25 Mart 2023
  • Müdafiə Nazirliyi: Gecə Qarabağda atıṣma olub
    12:53 25 Mart 2023
  • Şirkət və qurumların adına açılan saxta veb-saytları - Necə Müəyyən Etmək Olar?
    12:46 25 Mart 2023
  • Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi - FOTOLAR
    12:38 25 Mart 2023
  • "Allah dünyamıza rəhmət eləsin"
    12:30 25 Mart 2023
  • "Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır"
    12:27 25 Mart 2023
  • “Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
    12:16 25 Mart 2023
  • Yol polisi bayram tətilindən qayıdan sürücülərə - MÜRACİƏT ETDİ
    12:13 25 Mart 2023
  • Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
    12:08 25 Mart 2023
  • "Aqrosert" MMC -MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:00 25 Mart 2023
  • Azərbaycan Dəmir Yolları - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:50 25 Mart 2023
  • Mebel inventarlarının alınması ilə bağlı - TENDER ELANI
    09:41 25 Mart 2023
  • Azərbaycanda süd istehsalı 1%-dən çox artıb
    09:33 25 Mart 2023
  • Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
    09:25 25 Mart 2023
  • "Erlab MMC"-yə 164 minlik reaktiv sifarişi - TENDER NƏTİCƏSİ
    09:14 25 Mart 2023
  • Qazax Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:04 25 Mart 2023
  • Bakı Baş Gömrük İdarəsi - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    08:53 25 Mart 2023
  • Yerli şirkət Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsini - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    08:40 25 Mart 2023
  • Balakən Rayon Mərkəzi Xəstəxanası - TENDER ELAN EDİR
    08:30 25 Mart 2023
  • Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
    17:24 24 Mart 2023
  • Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir - MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ - VİDEO
    17:12 24 Mart 2023
  • Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
    16:40 24 Mart 2023
  • “Togg”un sifarişləri - 100 MİNİ KEÇDİ
    16:20 24 Mart 2023
  • SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
    15:38 24 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!