Yaxın Şərqdəki gərginlik, Trampın nüvə müqaviləsindən çıxması və Suriyada əməliyyatların aktivləşməsi dünya bazarında neftin qiymətini artırıb. FED.az xəbər verir ki, Nyu-York birjasında WTI markalı neftin qiyməti 0,77% artaraq 71,69 dollara, London birjasında isə Brent markalı neftin qiyməti 0,73% artaraq 77,77 dollara yüksəlib. Bu, 2014-cü ilin noyabrındən bəri neftin ən yüksək qiymətidir.
Ümumilikdə son bir ayda Brent nefti 7 dollar və ya 10% bahalaşıb.
Qiymətlərin minimum həddə (28,94 dollara) düşdüyü 2016-cı ilin yanvarından indiyədək isə neftin qiymətində 2,7 dəfəlik artım var.