Xəbər verildiyi kimi, 31 avqustda Bakı Fond Birjasında (BFB) BOKT "International” ASC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az-ın məlumatına görə, hərracda BOKT-un ümumi məbləği 1 milyon manat olan istiqrazları yerləşdirilib.
Hərracda bu qiymətli kağızlara 50 investor tərəfindən 1 milyon sifariş daxil olub və bütün istiqrazlar yerləşdirilib. .
Birjadan verilən məlmiata görə, hərracın nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
Xatırladaq ki, BOKT "International” ASC-nin istiqrazları hər biri 100 manat olmaqla 10 min ədəd qiymətli kağız kimi yerləşdirilib. 2 illik müddətə buraxılan istiqrazların illik faiz dərəcəsi 15%-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
BOKT "International” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2057021027 |
|
İstiqrazların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
|
Ticarət üsulu/forması |
Kütləvi/Rəqabətli hərrac |
|
İstiqrazların sayı |
10,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
İllik gəlirlilik faizi |
15% |
|
Minimal qiymət |
100 (15.0000%) manat |
|
Maksimal qiymət |
100 (15.0000%) manat |
|
Kəsmə qiyməti |
100 (15.0000%) manat |
|
Ortaçəkili qiyməti |
100 (15.0000%) manat |
|
İstiqrazların reallaşdırılmış həcmi |
1,000,000 manat |
|
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) |
1,000,000 manat |
|
İnvestor sayı |
50 |
|
Sifariş sayı |
50 |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
24 ay |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |













