Amerika fond bazarında "Dow Jones" indeksi 0,07% - 25 369,13 bəndədək, "S&P 500" 0,11% - 2 748,23 bəndədək, NASDAQ isə 0,14% - 7 153,57 bəndədək azalıb.
FED.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,23% - 7 748,51 bəndədək artıb, Almaniya DAX-ı 0,78% - 13 281,34 bəndədək, Fransa CAC-40-ı isə 0,35% - 5 504,68 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar azalaraq 1 318,10 dollara, gümüşün qiyməti isə 0,01 dollar azalaraq 17,02 dollara satılıb.