Bu ilin yanvar-fevral aylarında “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 5 milyard 114 milyon 976 min manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 499 milyon 345 min manat və ya 3,2dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 645 milyon 64 min manat, dövlət istiqrazları üzrə dövriyyə 764 milyon 364 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 180 milyon 306 min manat, repo əməliyyatları üzrə dövriyyə 3 milyard 525 milyon 240 min manat təşkil edib.
Əməliyyat sayı isə 1 143 olub.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 284 milyon 480 min manat (78,9%), dövlət istiqrazları üzrə dövriyyə 293 milyon 846 min manat (62,5%), repo əməliyyatları üzrə dövriyyə 2 milyard 740 milyon 753 min manat (4,5 dəfə) artıb.
Əməliyyat sayında isə 639 ədəd və ya 2,3 dəfə artım qeydə alınıb.