01 avqust 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 60,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
FED.az xəbər verir ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Qeyd edək ki, 30 iyul 2024-cü il tarixində Mərkəzi Bankda valyuta hərracında tələb 78,6 milyon ABŞ dolları təşkil etmişdi.