2024-cü ildə Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan dolların həcmi 2 dəfə artıb.
Cari ilin 9 ayında Mərkəzi Bankda 71 valyuta hərracı keçirilib
FED.az fonda istinadən xəbər verir ki, 2024-cü ilin ilk 5 ayı ərzində keçirilmiş valyuta hərraclarında nə az, nə çox 3 017,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
2023-cü ilin eyni dövrünə nisbətən satılan valyutanın həcmi 1 525,6 milyon ABŞ dolları, başqa sözlə 2 dəfə artıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayı ərzində 1 492,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
2024-cü ildə ən çox valyuta fevral (920 milyon dollar) və aprel (623 milyon dollar) aylarında satılıb. Müqayisə üçün bildirək ki, ötən il ən çox valyuta mart ayındla satılmışdı - amma onun həcmi 384 milyondan artıq olmamışdı.
Aylar üzrə hərracda satılmış valyutaların həcmi haqqında daha detallı:
Aylar |
2024-cü il |
2023-cü il |
Yavar |
417,0 milyon ABŞ dolları |
188,5 milyon ABŞ dolları |
Fevral |
920,5 milyon ABŞ dolları |
356,6 milyon ABŞ dolları |
Mart |
498,3 milyon ABŞ dolları |
383,9 milyon ABŞ dolları |
Aprel |
623,4 milyon ABŞ dolları |
286,0 milyon ABŞ dolları |
May |
558,6 milyon ABŞ dolları |
277,2 milyon ABŞ dolları |