Dəbdəbəli geyimlər və aksessuarlar istehsalçısı olan LVMH şirkətlər qrupunun təsisçisi və prezidenti Bernard Arnaultun sərvəti sentyabrın 26-da 17 milyard dollar artaraq 201 milyard dollara yüksəlib. Bu sıçrayış 75 yaşlı fransız milyarderin həyatında üçüncü ən böyük bir günlük artım olub.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (23-27 Sentyabr, 2024)
FED.az xəbər verir ki, maraqlıdır ki, cəmi bir neçə gün əvvəl, sentyabrın 26-da səhər saatlarında Bernard Arno sərvət itkiləri üzrə lider idi - 2024-cü ilin əvvəlindən onun sərvəti 24 milyard dollar azalıb.
Budəfəki artım dəbdəbəli əşyaların ən böyük ğazarı sayılan Çində hökumətin verdiyi yeni qərarla bağlıdır.
Çin rəsmiləri fiskal xərcləri dəstəkləyəcəklərini və hazırda çətin durumda olan daşınmaz əmlak sektorunu sabitləşdirməyi vəd ediblər. Hökumətin iqtisadi artımı stimullaşdırmaq üçün gücləndirilmiş tədbirləri elan etməsindən sonra hər şey dəyişib.
Belə ki, Parifdəki «Euronext» birjasının məlumatına görə, LVMH-in səhmləri sentyabrın 26-da 9,9% artaraq hər səhmə 678,5 avroya çatıb. Nəticədə, Bernal Arnonun sərvəti dərhal 17,1 milyard dollar artıb və 2011 milyard dollara yüksəlib. Hazırda o 202 milyard dollar sərvəti ilə zəngin insanların dünya reytinqində üçüncü yeri tutan Mark Zukerberqlə bərabərləşib.
Hərçənd 2024-cü ilin əvvəli ilə müqayisədə, Arnault hələ də «qırmızıda» qalır – «Bloomberg»in hesablamalarına görə, budəfəki artıma baxmayaraq, ilin əvvəli ilə müqayisədə o, 6,85 milyard dollar itirib, lakin artıq sentyabrın 27-də keçirilən hərracda LVMH kotirovkaları daha 3,65% artaraq 703,3 avroya çatıb. Yəni Bernard Arnault bundan sonra da qazanc əldə edə və dünyanın ilk üç milyarderinə yüksələ bilər.
Birjalar Çindən dəbdəbəli mallara tələbatın artacağını gözləyir. 2023-cü ildə LVMH-nin satışlarının 38%-i Asiyadan gəldi və bu statistikanın böyük hissəsi Çinin payına düşür.
Xatrladaq ki, LVMH şirkəti – «Moët Hennessy Louis Vuitton» moda geyimləri, ayaqqabılar, saatlar, zərgərlik məmulatları, parfümeriya, kosmetika, spirtli içkilər, çantalar və sair kimi yüksək səviyyəli məhsulların istehsalı və satışı üzrə ixtisaslaşmış Fransanın çoxşaxəli korporasiyasıdır. Korporasiya təkcə Louis Vuitton, Moet və Hennessy deyil, həmçinin Christian Dior, Fendi, Givenchy, Kenzo, Marc Jacobs, Bulgari, Hublot və başqaları da daxil olmaqla bir çox məşhur brendlərə sahibdir.
Sentyabrın 26-da Reuters mənbələrə istinadən xəbər verdi ki, Çin bu il təxminən 2 trilyon yuan (285 milyard dollar) dəyərində istiqraz buraxmağı planlaşdırır. Agentlik mənbələri bildiriblər ki, bu dəstək tədbirlərinin bir hissəsi kimi ölkənin Maliyyə Nazirliyi COVID-19-dan sonrakı iqtisadi bərpanın yavaşlaması ilə bağlı artan narahatlıqlar fonunda ilk növbədə istehlakı stimullaşdırmaq üçün 1 trilyon yuan dəyərində borc qiymətli kağızları buraxmağı planlaşdırır.
Bernard Arnault Çinin iqtisadi stimulundan faydalanan yeganə milyarder deyil. Sentyabrın 26-da Çin hökumətinin qərarından sonra Çinin «PDD Holdings»in (Pinduoduo bazarını idarə edir) təsisçisi Kolin Huanqın da sərvəti 5 milyard dollar artıb. NASDAQ birjasının məlumatlarına görə, PDD Holdings-in səhmləri gün ərzində 13,6% bahalaşaraq 129,4 dollara çatıb.
Qeyd edək ki, keçən ay Colin Huang Çinin ən zəngin adamı titulunu şirkətin zəif satış artımı proqnozundan sonra itirmişdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.