Sentyabrın 9-da “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201120018 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə FED.az-a Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, AZ0201120018 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 140,9 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 9,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.2674 (gəlirlilik 7,5202%) və kəsmə qiyməti 100.7901 (7.7000%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 09 sentyabr 2028-ci ildir.