ABŞ və Çin arasında tarif müharibəsi nəticəsində ənənəvi birjalarla yanaşı, kriptovalyuta bazarı da böyük zərər görüb.
FED.az xəbər verir ki, iqtisadi qeyri-müəyyənlik səbəbindən bitkoinin qiyməti gün 75 min dollaradək ucuzlaşıb. Belə ki, bitkoin 10% ucuzlaşaraq 75 min dollara enib ki, bu da 2024-cü ilin noyabrından bəri ən aşağı qiymətdir.
Hələ ötən həftə ABŞ dünya ölkələrinə tarif müharibəsi elan edəndə bitkoin investorlarının əsəbləri dözməyib və qiymətlər 80 min dollardan aşağı düşüb. Həftəsonu qiymət enmələri davam edib və bitkoin 75 min dollaradək geriləyib, hətta ondan da aşağı düşüb – 74 468 dollar.
Hazırda bitkoinin qiyməti bir qədər yüksəlib və qiymətlər 78 min dollar ətrafında dəyişir.