Dünya kriptovalyuta bazarında bir həftədir davam edən kütləvi ucuzlaşma bu saatlarda sona çatıb. Kriptovalyutalar bahalaşmağa başlayıb.
FED.az xəbər verir ki, 2 aprel saat 18:00-a olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son 24 saat ərzində 448 dollar və ya 6,7% bahalaşaraq 7066 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1096 dollar və ya 13,4% ucuzlaşıb.
Bitkoin 500 dollara yaxın bahalaşdı – SON QİYMƏT

18:01
2 Aprel 2018