Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, mayın 2-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 96-sı bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 128 dollar və ya 1,4% bahalaşaraq 9111 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 190 dollar və ya 2% ucuzlaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 24 dollar və ya 3,6% bahalaşaraq 677 dollar olub.
Son həftə ərzində isə Ethereum 30 dollar və ya 4,6% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Achain-da(21,85%), ən çox ucuzlaşma isə Bitcoin Private-də(11,64%) müşahidə olunub.
Bitcoinin bu günə olan – QİYMƏTİ
09:30
2 May 2018