Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, aprelin 26-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 85-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 418 dollar və ya 4,4% ucuzlaşaraq 8913 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 755 dollar və ya 9,2% bahalaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 8 dollar və ya 1,2% ucuzlaşaraq 630 dollar olub.
Son həftə ərzində isə Ethereum 98 dollar və ya 18,4% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Kyber Network-da(43,34%), ən çox ucuzlaşma isə Dentacoin-də(13,17%) müşahidə olunub.
Bitcoin 400 dollar ucuzlaşdı – QİYMƏTLƏR
09:18
26 Aprel 2018