Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, mayın 8-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 91-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 65 dollar və ya 0,6% bahalaşaraq 9426 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 416 dollar və ya 4,6% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 11 dollar və ya 1,4% bahalaşaraq 766 dollar olub.
Son həftə ərzində isə Ethereum 111 dollar və ya 16,9% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Bytecoin-da(32,42%), ən çox ucuzlaşma isə Bitcoin Private-də(4,80%) müşahidə olunub.
Bitcoin 400 dollar bahalaşıb – QİYMƏTLƏR
09:29
8 May 2018