Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, aprelin 27-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 294 dollar və ya 3,2% bahalaşaraq 9225 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 957 dollar və ya 11,5% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 26 dollar və ya 4,1% bahalaşaraq 656 dollar olub.
Son həftə ərzində isə Ethereum 95 dollar və ya 16,9% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Siacoin-da(53,28%), ən çox ucuzlaşma isə Ontology-də(1,37%) müşahidə olunub.
Bitcoin 300 dollara yaxın bahalaşdı – QİYMƏTLƏR
09:18
27 Aprel 2018