Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, mayın 3-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 84-ü bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 162 dollar və ya 1,7% bahalaşaraq 9270 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 362 dollar və ya 4% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 47 dollar və ya 6,9% bahalaşaraq 726 dollar olub.
Son həftə ərzində isə Ethereum 96 dollar və ya 15,2% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma BitcoinDark-da(147,43%), ən çox ucuzlaşma isə Dentacoin-də(5,47%) müşahidə olunub.
Bitcoin 300 dollar bahalaşıb – QİYMƏTLƏR
09:15
3 May 2018