Dünya kriptovalyuta bazarında bu saatlarda ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, aprelin 28-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 53-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 55 dollar və ya 0,5% ucuzlaşaraq 9156 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 289 dollar və ya 3,2% bahalaşıb.
Ethereumun qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 13 dollar və ya 1,9% bahalaşaraq 666 dollar olub.
Son həftə ərzində isə Ethereum 57 dollar və ya 9,3% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Aeternity-da(45,53%), ən çox ucuzlaşma isə Bitcoin Private-də(18,15%) müşahidə olunub.
Bitcoin 200 dollar bahalaşıb – QİYMƏTLƏR
10:19
28 Aprel 2018