Dünya kriptovalyuta bazarında bu saatlarda bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, mayın 4-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 58-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 352 dollar və ya 3,7% bahalaşaraq 9636 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 410 dollar və ya 4,4% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 59 dollar və ya 8,2% bahalaşaraq 778 dollar olub.
Son həftə ərzində isə Ethereum 122 dollar və ya 18,5% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Loom Network-da(50,11%), ən çox ucuzlaşma isə Mixin-də(10,25%) müşahidə olunub.
Bitcoin 10 min dollara yaxınlaşıb – QİYMƏTLƏR
09:31
4 May 2018