FED.az xəbər verir ki, ripple son bir gündə 31,5% bahalaşaraq rekord 2,59 dollardan bu gün Bakı vaxtilə saat 8-20-də 3,25 dollara yüksəlib. Son qiyməti nəzərə alanda bir həftə ərzində ripple 2,4 dəfə bahalaşıb. Bir həftə əvvəl qiymət 1,35 dollar idi. Bir ay əvvəl isə ripplenin qiyməti cəmi 0,25 dollar idi. O vaxtdan indiyədək qiymət 12 dəfə yüksəlib. Qiymət artımının səbəbi ripplenin başqa kriptovalyutalardan fərqli olaraq banklar tərəfindən qəbul edilməsidir. Bəzi analitiklər hətta ripple-ni bankları kriptovalyuta aləmi ilə bağlayan alət hesab edir.

Eləcə də bax: Bitkoini «taxtdan» salalacaq – BİR GÜNƏ 53% BAHALAŞDI