Martın 9-da ABŞ birjalarında səhmlər və indekslər son 12 ildə ən kəskin enmə yaşayıb.
Eləcə də bax: ABŞ bazarı tarixinin - ƏN PİS GÜNLƏRİNDƏN BİRİNİ YAŞADI
Birjaların aparıcı indeksi «Dow Jones» 2000 bal və ya 23,79% azalaraq 23 851,02 bal təşkil edib. İndeks, 2008-ci il dünya maliyyə böhranından sonra ən böyük itkisini yaşayıb.
“S&P 500” indeksi 7,60% azalaraq 2 746,56 bala, “Nasdaq” indeksi isə 7,29% azalaraq 7 950,68 bala qədər enib.
Birjalarda kəskin enişdən sonra əməliyyatlar 15 dəqiqə dayandırılıb, sonra yenidən bərpa edilib.