Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, mayın 7-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 487 dollar və ya 4,9% ucuzlaşaraq 9360 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 52 dollar və ya 0,5% bahalaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 62 dollar və ya 7,5% ucuzlaşaraq 754 dollar olub.
Son həftə ərzində isə Ethereum 71 dollar və ya 10,3% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma BitcoinDark-da(37,44%), ən çox ucuzlaşma isə Bitcoin Diamond-də(14,38%) müşahidə olunub.
500 dollara yaxın bahalaşdı – QİYMƏTLƏR
09:36
7 May 2018