Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, mayın 1-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 92-si ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 281 dollar və ya 3% ucuzlaşaraq 9022 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 205 dollar və ya 2,2% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 28 dollar və ya 4% ucuzlaşaraq 655 dollar olub.
Son həftə ərzində isə Ethereum 22 dollar və ya 3,2% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Bitcoin Private-da(29,44%), ən çox ucuzlaşma isə Hshare-də(13,30%) müşahidə olunub.
300 dollara yaxın ucuzlaşdı – QİYMƏTLƏR
09:14
1 May 2018