Banner

Bank

Yay tətili üçün - ERKƏN REZERVASİYA ETDİNİZMİ?

Yay tətili üçün - ERKƏN REZERVASİYA ETDİNİZMİ? | FED.az
08:34 28 Fev 2020

Yay tətili üçün çox sərfəli şərtlərlə erkən rezervasiyaların açıldığını bilirdizmi? İndi isə təsəvvür edin ki, sərfəli turizm paketlərini faizsiz 3 aylıq taksitlə ödəyə bilərsiniz! Expressbank-la bu da mümkündür!

Expressbank müştərilərinə istənilən səyahət paketini alaraq, ödənişini hissə-hissə keçirmək imkanını təqdim edir. Özü də heç bir komissiya və faiz ödəmədən! Bu fürsətdən faydalanmaq üçün sadəcə Smilecard sahibi olmaq kifayətdir. Belə ki, Smilecard müştəriləri bankın tərəfdaşları olan Rayda travel və ya Amazon travel turizm şirkətlərindən səyahət paketini əldə edərək, ödənişi 3 ay ərzində Banka tam komissiyasız və faizsiz  ödəyə bilərlər.

Ümumiyyətlə, Smilecard sahibləri çox şanslıdır. Çünki onlar, həm istənilən yerdə alış-veriş edir, həm kartdakı vəsaitin bir hissəsini nağdlaşdırır, həm də müxtəlif satış nöqtələrində alış-veriş edərkən, 30%-dək cashback qazanırlar.

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə təqdim olunan Smilecard müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Siz də öz Smilecard-ınızı sifariş etmək üçün istənilən Expressbank filialına yaxınlaşa və ya elə indi www.exb.az linkinə daxil olaraq onlayn qaydada sifariş göndərə bilərsiniz.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

Digər xəbərlər

Banner