“PAŞA Bank” ASC-nin Risk blokuna daxil olan Qeyri-maliyyə əməliyyatları üzrə risk şöbəsinin yeni müdiri məlum olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Əhməd Əmircanovdur.
Eləcə də bax: “Azər Türk Bank”dan “Yelo Bank”a - Yeni Transfer
Ə.Əmircanov 2020-ci ilin fevralından 2021-ci ilin fevralına qədər “Veysəloğlu” Şirkətlər Qrupunda IT idarəetməsi üzrə müdir idi.
Daha əvvəl, “KPMG Azerbaijan”, “Deloitte Azerbaijan” və “E&Y Azerbaijan” kimi audit şirkətlərində müvafiq vəzifələr üzrə çalışıb.