Sentaybr ayında “TuranBank”ın nizamanmə kapitalı 4 milyon 998 min 840 manat artırılıb.
FED.az xəbər verir ki, bununla da bankın nizamanmə kapitalı 70 milyon 4 min manata çatdırılıb.
Eləcə də bax:"TuranBank"da növbədənkənar - İCLAS KEÇİRİLƏCƏK
Xatırladaq ki, bir müddət əvvəl “TuranBank”ın səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında ümumi məbləği 15 milyon 848 min manat olmaqla - hər birinin nominal dəyəri 1082 manat olan 13864 ədəd adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınmışdı. Səhmin 2 mərhələdə yerləşdirilməsinə qərar verilmişdi. İlk mərhələdə emissiyanın 10 milyon 2 min 8 manatlıq hissəsi yerləşdirilib. Ötən ay isə emissiyanın ikinci mərhələsi , 4 milyon 998 min 840 manat da həyata keçirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən əldə edilib. Yekunda “TuranBank”ın kapitalı 70 milyon 004 min 318 manat olub.
Hazırda “Turan Bank”ın 8-i hüquqi, 21-i isə fiziki şəxs olmaqla 29 səhmdarı var. Bankın nizamnamə kapitalının 33,97%-i hüquqi şəxslərə, 66,03%-i fiziki şəxslərə məxsusdur.