FED.az Azərbaycanın aparıcı banklarından biri, kiçik biznesin, xüsusilə aqrar sektorun və regionların kreditləşdirilməsində aktiv banklardan olan - “Turanbank”ın gəlir mənbələrini təqdim edir.
"Turan Bank" II rübü mənfəətlə başa vurub - AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ BÖYÜYÜB
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə, “Turan Bank”nın ümumi gəlirləri 52 milyon 74 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 12-ci yerdədir.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi 39 milyon 576 min manatı və ya bütün gəlirlərin 75%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 4 milyon 35 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 7%-i deməkdir.
“Turanbank”ın valyuta əməliyyatlarından gəlirləri də 4 milyon 26 min manat olub , bütün gəlirlərinin 7%-i həcmində.
Əvəzində qiymətli kağızlar bazarına yatırımlardan 1 milyon 350 manat əldə edib, bu ümumi gəlirlərin 3%-ni təşkli edir.
Əlavə 2 milyon 403 min manat və ya ümumi gəlirlərin 5%-ni isə “Turanbank”a başqa banklardakı depozitlər gətirib.
Başqa banklardan kredit gəliri isə ümumi gəlirin 1%-i həcmində - 66 min manat olmuşdur.
Bank digər faiz və digər qeyri-faiz gəlirlərindən toplamda 618 min manat əldə etmişdir .
Ümumiyyətlə, “Turanbank”ın ümumi gəlirlərində faiz gəlirləri 89%, qeyri-faiz gəlirləri 11% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
39 576 |
75% |
Komissiya haqları |
4 035 |
7% |
Valyuta əməliyyatlarından gəlirlər |
4 026 |
7% |
QK-a investisiyadan gəlir |
1 350 |
3% |
Digər banklara depozitlərdən gəlirlər |
2 403 |
5% |
Digər banklara kreditlərdən gəlirlər |
66 |
1% |
Digər faiz gəlirləri |
551 |
1% |
Digər qeyri-faiz gəlirləri |
67 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
52 074 |
100% |