Ölkənin aparıcı banklarından olan "TuranBank" cari ilin II rübünün hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, "TuranBank"ın 2024-cü llin II rübündə faiz gəlirləri 43 milyon 397 min manat, xərcləri isə 24 milyon 631 min manat olub.
İllik müqayisədə gəlirlər 5 milyon 474 min manat, yəni, 14%, xərclər isə 2 milyon 2 91 min manat (10%) artıb.
Faiz gəlirlərinin 39 milyon 576 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 5 milyon 228 min manat (15%) çoxdur.
Faiz xərclərinin 19 milyon 434 min manatı depozitlər üzrə xərclər olub ki, bu da 2023-cü ilin II rübü ilə müqayisədə 2 milyon 425 min manat və ya 14% çoxdur.
Bankın xalis faiz gəlirləri isə 18 milyon 953 min manat təşkil edib. Bu da son bir ildə 6 milyon 483 min manat və ya 52% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 8 milyon 137 min manat, xərcləri isə 18 milyon 254 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 3 milyon 89 min manat (52%). xərcləri isə 2 milyon 457 min manat (16%) artlb
Qeyri-faiz gəlirlərinin 4 milyon 35 min manatı alınan haqq və kommisiya gəlirlərinin, 4 milyon 25 manatı payına düşüb ki, bu da müvafiq olarq illik müqayisə ilə 1 milyon 330 min manat və ya 49% və 1 milyon 701 min manat (73%) artımdır.
Xərclərin 9 milyon 427 min manatı əmək haqqı, 3 milyon 984 min manatı ümumi və inzibati xərclərin, 1 milyon 220 min manatı amortizasiya xərclərinin, 3 milyon 623 min manatı digər xərclərin payına düşüb.
2023-cü ilin II rübü ilə müqayisədə əmək haqqı xərcləri 1 milyon 188 min manat (14%) amortizasiya xərcləri 118 min manat (11%), digər xərclər isə 1 milyon 501 min manat (71%) artıb.
Bank bu dövrdə bank mənfəət vergisi ödəməyib.
Yekunda "TuranBank" II rübü 852 min manat xalis mənfəətlə başa vurub.
2023-cü ilin II rübündə "TuranBank" 871 milyon 772 min manat cəmi aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 48 milyon 899 min manat və ya 6% artıb.
Bankın kredit portfeli 644 milyon 966 min manat təşkil edib.
Bunun da 144 milyon 715 min manatı istehlak kreditlərinin, 375 milyon 359 min manatı biznes kreditlərinin, 124 milyon 891 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 15 milyon 610 min manat (2%), istehlak kredit portfeli 2 milyon 133 min manat (1%), biznes kreditlərinin həcmi 7 milyon 728 min manat (2%), ipoteka kreditlərinin həcmi 5 milyon 748 min manat (5%) artıb.
Hesabat dövründə bankın öhdəlikləri 789 milyon 778 min manat təşkil edib. Öhdəliklər son bir ildə 47 milyon 650 min manat, başqa sözlə 6% artıb.
Belə ki, bu dövrdə bank 454 milyon 228 min manat depozit portfelinə malik olub. Onun da 389 milyon 613 min manatı fiziki, 64 milyon 614 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
"TuranBank" II rübdə 81 milyon 995 min manat kapitala malik olub ki, bu da illik müqayisədə 1 milyon 395 min manat və ya 2% çoxdur.