VTB Azərbaycan Mastercard ilə birlikdə 27 sentyabrdan etibarən müştərilərə kart nömrəsinin son rəqəminə bərabər fərdi cashback almağa imkan verən yeni bir kampaniyaya start verdi.
Bankdan FED.az-a verilən məlumata görə, aksiyada Mastercard ödəniş sisteminin bütün VTB kartlarının sahibləri iştirak edə bilərlər.
30 AZN və ya daha çox məbləğdə kartla ölkə daxilində üç və ya daha çox əməliyyat edən hər bir müştəriyə hər üçüncü əməliyyat üçün cashback veriləcək. Cashback-in həcmi istifadəçinin kart nömrəsinin son rəqəminə bərabər olacaq. Son rəqəm sıfır olarsa, müştəri 10% cashback alacaq.
Cashback, ödənişdən sonra növbəti ayın ilk 10 günündə hesaba yazılacaq. Kampaniya oktyabrın 27-dək davam edəcək.
Bank VTB (Azərbaycan) İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin qeyd etdi ki, “VTB (Azərbaycan) kart sahibləri üçün əlverişli şərait yaratmaq üçün daim çalışır. Bu gün müştərilərimizə Mastercard ilə birlikdə yeni bir kampaniya təqdim etməkdən məmnunuq. Əminəm ki, kampaniya istifadəçilərin xoşuna gələcək, çünki bankımızın hər bir kart sahibi fərdi cashback əldə edə biləcək”.