TuranBank Ramazan bayramı münasibətilə kart sahiblərini yeni cashback kampaniyası ilə sevindirir. Kampaniyadan faydalanmaq üçün TuranBank kartları ilə ödəniş etməyiniz kifayətdir.
Kampaniyanın şərtlərinə görə, 9-16 may tarixində TuranBank kartları ilə istənilən supermarketdə etdiyiniz alış-veriş məbləğinin 2%-i hesabınıza geri qaytarılacaq. Kampaniya bütün növ kart ödənişlərinə şamil olunacaq.
Müştəri məmnuniyyətini hər zaman üstün tutan Bank il ərzində planlaşdırılan müxtəlif kampaniyaları ilə müştərilərinə hədiyyələr qazandırmağa davam edəcək.
Kampaniya haqqında daha ətraflı https://bit.ly/3o5skld linkinə keçidlə tanış ola bilərsiniz.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 17 xidmət şəbəkəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBankın rəsmi veb səhifəsini (https://bit.ly/2QRt5C5 ) və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...