Ölkənin ən iri banklarından olan "Kapital Bank" cari ilin II rübünün hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, "Kapital Bank"ın 2024-cü llin II rübündə faiz gəlirləri 391 milyon 307 min manat, xərcləri isə 92 milyon 629 min manat olub.
İllik müqayisədə gəlirlər 55 milyon 516 min manat, yəni, 17%, xərclər isə 44 milyon 479 min manat (92%) artıb.
Faiz gəlirlərinin 322 milyon 935 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 44 milyon 279 min manat (92%) çoxdur.
Faiz xərclərinin 64 milyon 213 min manatı depozitlər üzrə xərclər olub ki, bu da 2023-cü ilin II rübü ilə müqayisədə 29 milyon 361 min manat və ya 84% çoxdur.
Bankın xalis faiz gəlirləri isə 298 milyon 678 min manat təşkil edib. Bu da son birildə 11 milyon 237 min manat və ya 4% çoxdur.
Hesabat dövründə qeyri-faiz gəlirləri 275 milyon 111 min manat, xərcləri isə 361 milyon 391 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 69 milyon 302 min manat (34%). xərcləri isə 82 milyon 369 min manat (30%) artlb
Qeyri-faiz gəlirlərinin 248 milyon 474 min manatı alınan haqq və kommisiya gəlirlərinin payına düşüb ki, bu da illik müqayisə ilə 65 milyon 408 min manat və ya 36% artımdır.
Xərclərin 118 milyon 49 min manatı əmək haqqı, 34 milyon 443 min manatı ümumi və inzibati xərclərin, 20 milyon 67 min manatı amortizasiya xərclərinin, 188 milyon 832 min manatı digər xərclərin payına düşüb.
2023-ci ilin II rübü ilə müqayisədə əmək haqqı xərcləri 14 milyon 553 min manat (14%) ümumi və inzibati xərclər 16 milyon 14 min manat (87%), amortizasiya xərcləri 2 milyon 41 min manat (1%), digər xərclər isə 49 milyon 471 min manat (32%) artıb.
Bank bu dövrdə 212 milyon 398 min manat əməliyyat mənfəəti əldə edib.
"Kapital Bank" II rübü 34 milyon 187 min manat mənfəət vergisi ödənişindən sonra 123 milyon 919min manat xalis mənfəətlə başa vurub.
2023-cü ilin II rübündə bankın aktivləri 9 milyard 984 milyon 543 min manat təşkil edib. Aktivlər illik müqayisə ilə müqayisədə 2 milyard 40 milyon 135 min manat və ya 26% artıb.
Bankın kredit portfeli 4 milyard 783 milyon 112 min manat təşkil edib.
Bunun da 2 milyard 562 milyon 435 min manatı istehlak kreditlərinin, 1 milyard 610 milyon 211 min manatı biznes kreditlərinin, 610 milyon 467 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2023-cü ilin mübafiq dövrü ili müqayisədə ümumi kredit portfeli 1 milyard 235 milyon 425 min manat (35%), istehlak kredit portfeli 635 milyon 191 min manat (33%), biznes kreditlərinin həcmi 482 milyon 337 min manat (43%), ipoteka kreditlərinin həcmi 117 milyon 898 min manat (24%) artıb.
Hesabat dövründə bankın öhdəlikləri 9 milyard 16 milyon 653 min manat təşkil edib. Öhdəliklər son bir ildə 1 milyard 895 milyon 604 min manat, başqa sözlə 27% artıb.
"Kapital Bank"ın depozit portfelində də artım müşahidə olunub.
Belə ki, bu dövrdə bank 7 milyard 601 milyon 89 min manat depozit portfelinə malik olub. Onun da 2 milyard 661 milyon 454 min manatı fiziki, 4 milyard 939 milyon 636 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə depozit portfeli 1 milyard 362 milyon 141 min manat (22%), fiziki şəxslərin depozitləri 672 milyon 957 min manat (34%), hüquqi şəxslərin depozitləri isə 689 milyon 185 min manat (16%) artıb.
"Kapital Bank" II rübdə 967 milyon 891 min manat kapitala malik olub ki, bu da illik müqayisədə 144 milyon 532 min manat və ya 16% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi də son bir ildə 135 milyon 737 min manat və ya 27% artaraq 642 milyon 845 min manat təşkil edib.