"Bank Respublika"ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 17 sentyabr 2024-cü il tarixdə saat 12:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.
“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər: aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2024-cü ilin birinci yarımili üzrə Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika" ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.