Azərbaycanın ən aktiv banklarından olan “AFB Bank” endirim kampaniyaları ilə müştərilərini sevindirməkdə davam edir.
Bankdan FED.az saytına bildirilib ki, “Sərfəli kart” kampaniyasının müddəti cari ilin sentyabr ayının sonuna kimi uzadılıb.
Kampaniyanın çərçivəsində Bankın müştəriləri “Kredit kartı” məhsulunu illik 18%-dən başlayan faiz dərəcəsi ilə, 20.000 AZN-dək və 36 ay müddətində əldə edə bilərlər. Rəsmi gəliri olan hər kəs bu kampaniyada iştirak edə bilər.
Kampaniyanın şərtləri haqqında ətraflı məlumatı 1545 çağrı mərkəzinə zəng etməklə və ya “AFB Bank”ın filiallarına yaxınlaşaraq əldə edə bilərsiniz.