FED.az xəbər verir ki, nağdsız ödənişlərin təşviqatı üzrə daim maarifləndirici və həvəsləndirici layihələri ilə seçilən Expressbank yenidən müştərilərini sevindirməyə tələsir.
Belə ki, Expressbank Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə keçiriləcək “Nağdsız Cəmiyyət Günləri” layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində Expressbank “Nağdsız ödəyən qazanır!” stimullaşdırıcı kampaniyasınıı keçirəcək. Bu kampaniya hesab.az online ödəmələr portalının istifadəçilərinə Expressbank-dan pulsuz Expresso plastik kartı qazanmaq imkanını yaradır.
Belə ki, 31 oktyabr – 7 noyabr tarixlərində hesab.az ödəniş portalının istifadəçiləri 10000 bonus müqabilində Expressbank-dan pulsuz və ilkin mədaxil tələbi olmayan 1 il müddətinə 1 ədəd Expresso kartı sifariş edə biləcəklər.
Expresso – əlavə gəlir gətirən və təmassız ödəniş imkanı yaradan debet kartıdır. Karta yerləşdirilən vəsaitə görə illik 3% gəlir əldə etmək mümkündür. Həmçinin, tərəfdaş satış nöqtələrində kartla alış-veriş edərkən xərclənən məbləğdən 30%-dək cashback, qeyri-tərəfdaş satış nöqtələrində isə 0,3% cashback qazanmaq imkanı yaradır.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.